Mafiya hakimiyyətə doğru... V yazı

17-04-2019, 12:14           
Mafiya hakimiyyətə doğru... V yazı
Ötən yazımda qeyd etdim ki, Şəmsəddin Xanbabayevrayona icra başçısı təyin olunan kimi, şairə xanım Nəcimə Babayevanı öz kabinetinə çağıraraq, onunla görüşür. Bu görüşdə yeni icra başçısı Nəcimə xanıma, “sən mənim bacımsan, nə qədər mən bu rayondayam, sənin heç bir problemin ola bilməz” deyərək, ona vəd verir.
İki il müddətində, sahibəsi olduğu bazardan ötrü amansız hücumlardan yorulan Nəcimə xanım bu vəddən ümidlənərək, sevinir. Hörmətli icra başçısı, həqiqətən də iki il Nəcimə xanımı sözün əsl mənasında itirib axtarmır. YAP-ın Xaçmaz Rayon təşkilatının qurucularından olan bu ziyalı xanımı heç bir tədbirə də dəvət etmirlər. Necə deyərlər, onunla heç kəsin işi olmur.
Bu ərəfədə isə, Şəmsəddin Xanbabayev özünün rəhbərlik etdiyi aparatda “nizam-intizam” yaradır. Qeyd etmişdim ki, Əbülfəz Hüseynovun zamanında rayonda bütün qərarların verilməsinə nəzarət Adıgözəl Tağıyevin nəzarətində idi. Onun yüksək vəzifəli məmurlarla olan şəxsi münasibətlərinə görə, hamı ondan ehtiyat edir, hüç kəs ona qarşı çıxmağa cəsarət edə bilmirdi.
Bu arada həm Adıgözəl Tağıyevin və dəstəsinin şəxsi keyfiyyətlərini, həm nə dərəcədə hiyləgər olduqlarını oxucuların nəzərinə çatdırmaq üçün, onu da qeyd edim ki, hələ o zaman bu şəxs öz cibinin pulundan 10 min manat pul verərək, Rayon icra hakimiyyətinin başçısının birinci müavini vəzifəsinə Akif Mərdanovu təyin etdirmişdi. Bununla da Adgözəl Tağıyev həm rayon rəhbərliyini anbaan nəzarətdə saxlamağa müvəffəq olurdu, həm də istədiyi sərəncamı almaq üçün Əbülfəz Hüseynova kifayət qədər təsir edə bilirdi.
Akif Mərdanov isə ondan qabaq, Həmkarlar İttifaqında işləyirdi. Maaşının azlığı, güzəranının yaxşı olmadığı üçün, hətta toya-yasa gedəndə, həmişə işçilərdən borc alar, sonra isə qaytara bilmədiyi üçün, müxtəlif xoşagəlməz hallar yaşayırdı. Nəhayət vəziyyətdən çıxış yolu kimi Bakıdan, əsasən Türkiyə istehsalı olan alt paltarları gətirərək, əlində çanta, dövlət idarələrini dolaşaq satır, alverə başlayır. Bütün günü idarə və təşkilatlarda kişi və qadınlar üçün müxtəlif geyim paltarları satan bu şəxs, sonradan Adgözəl Tağıyevin məsləhəti, “xərci” və xeyir-duası ilə, ona qulluq etmək üçün birinci müavin vəzifəsinə yüksəlir.
Ümumiyyətlə bu zaman ərəfəsində, səslənməsi kobud çıxsa da, Adgözəl Tağıyev öz “şəxsi-milli mənfəət” prinsiplərindən çıxış edərək, rayon ərazisində də bəzi “strateji gedişlər” edir. Beləki, bütün yolların mühafizə zolağını, Şollar su kəmərinin ətrafını, digər satılması qanunla qadağan olunan əraziləri, məhz “qoy öz tatımızın olsun” deyərək, müəyyən özünə yaxın olan şəxslərə satır. Maraqlıdır ki, bütün bunlar camaatın gözünün qarşısın baş versə də, heç kəs, obyektiv və subyektiv səbəblərdən buna etiraz etmək gücündə ola bilmir.
Akif Mərdanov Əbülfəz Hüseynovdan sonra Şəmsəddin Xanbabayevlə də işləməyə müvəffəq olur. Beləki, idarəçiliyndə xüsusi təcrübəsi, taktikası olan Şəmsəddin Xanbabayev, ona xeyli müddət “toxunmur”.
Sonradan isə, özünə xeyli tərəfdar toplaya bilmiş A. Tağıyev bir qədər də irəli gedərək, özü icra başçısı olmaq fikrinə düşür. Onun bu niyyətə düşməsinin səbəbləri isə müxtəlif idi. Artıq onun özünün cibinin pulu ilə vəzifəyə gətirdiyi Akif Mərdanov, ona Şəmsəddin Xanbabayevin eks-başçı kimi olmadığını, bütün torpaq və digər məsələlərə şəxsən nəzarət etdiyini bəhanə edərək, Adgözəl Tağıyevin heç bir istəyini yerinə yetirmirdi. O daim Adgözəl Tağıyevə, belə çox işləyə bilməyəcəklərini, milli məsələlərdə “kənardan gələn” (?) şəxslərə uduzduqlarını(?) bildirərək, Şəmsəddin Xanbabayevin kreslosunda oturmağın tam zamanı olduğunu deyir. Adgözəl Tağıyev də, həm kifayət qədər maddi, həm də siyasi gücə, xüsusi əlaqələrə malik adam olduğu üçün, həm də öz “milli imperiyasını” qurmaqdan ötrü real addımlar atmaq qərarına gəlir.
Ancaq, necə deyərlər, “sən saydığını say, gör Şəmsəddin Xanbabayev nə sayır”. Bu arada əhalinin arasında gəzən söz-söhbətə görə, Adgözəl Tağıyevi “maskalılar” aparır. Bu şaiyənin nə qədər əsaslı olduğunu heç kəs bilməsə də, deyilənə görə cəmisi bircə günlük “səfərdən” sonra, Adgözəl Tağıyev şəkərli diabet xəstəliyi “tapır”.
Adgözəl Tağıyevin işdən uzaqlaşdırılma prosesində ən maraqlı məqam isə onun Xaçmaz Şəhər bələdiyyəsi Rəşad Qasımovla olan mübahisəsidir. Beləki, adıçəkilən şəxs bir neçə il bələdiyyə işləsə də, insafən özünə yaxşı imic qazanmışdı. Bir çox qanunsuz işlərə, kimlər tərəfindən “sifariş” edildiyinə baxmayaraq, qanunsuzluqlara etiraz edən Rəşad Qasımov da rayondakı “torpaq mafiyasına” sərf etmirdi. Ona görə də, fürsət düşən kimi, onunla xudahafizləşməyi ön planda saxlayan rayon rəhbərliyi nəhayət buna imkan tapa bilir.
Günlərin bir günündə aralarında olan telefon danışığı zamanı, onu öz qanunsuz əməllərinə heç cür şərik edə bilməyən Adgözəl Tağıyev Rəşad Qasımova qarşı kobud ifadələr işlədir...

P.S. Ömrünü rayon rəhbər və vəzifəli şəxsləri ilə məhkəmələrdə, mübahisələrdə keçirən Nəcibə xanım, günlərin birində, 15 sentyabr 2010-cu ildə “Arzu” MMC-nin təsisçisi və direktoru Nəcimə Babayeva yaşadığı evdə qəsdən, xüsusi amasızlıqla, vəhşicəsinə qətlə yetirilir. Əvvəlcə Xaçmaz Rayon Prokurorluğunda fakt üzrə Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlansa da, bizə məlum olan səbəblərdən, iş üzrə istintaqın davam etdirilməsi, 20 sentyabr 2010-cu il tarixdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə tapşırılır.
2010-cu il sentyabrın 15-də 08:45-də Nəcimə Babayeva, xadimə Məlahət Məmmədova ilə mobil telefonla əlaqə saxlayaraq, sonuncudan onlara gəlib mənzildə təmizlik işləri aparmasını xahiş edir. Məlahət Məmmədova 10:35-də Nəcimə Babayevanın yaşadığı ünvana gəlir, həmin vaxt evin həyət darvazasının qapısı açıq olduğundan, heç kəsi çağırmadan, evə daxil olur və bu zaman 1-ci mərtəbədə, mətbəxdə qan gölməçəsinin içində Nəcimə Babayevanın meyitini görərək qışqırıb küçəyə qaçır. Xadimənin səsinə evin 2-ci mərtəbəsində yatan Nəcimə Babayevanın qızı Gülnarə Həbibova yuxudan ayılıb. 1-ci mərtəbəyə düşüb və mətbəxdə anasının meyitini görür.
Məhkəmə tibb ekspertizası, mərhum Nəcimə Babayevanın boğazının kəsilərək qətlə yetirilməsi haqda rəy verir.
Qatil və qatillər, sifarişçilər isə bu günə qədər “heç kəsə məlum deyil”...

(ardı var...)

Yazının əvvəllərini aşağıdakı linglərdən oxuya bilərsiniz.

Birinci yazı:
https://www.facebook.com/permalink.php?story_fbid=2584507424898281&id=2425146734167685&__tn__=K-R

İkinci yazı:
https://www.facebook.com/permalink.php?story_fbid=2588146567867700&id=2425146734167685&__tn__=K-R

Üçüncü yazı:
https://www.facebook.com/permalink.php?story_fbid=2592330687449288&id=2425146734167685&__xts__%5B0%5D=68.ARCfczKh9Fk_l9lxuciO_l5JkhdwrE_JVrtzT47ETFLC91qBQAG5_MGYlGiHrIiLzU4lzO1SY2opOWr9468fw1KyJS-izu0xf8EtaOpv12dfQ7wBwXBALcJRnMJF71uGWVIKpzbDhBwG2Mgsalx-fOTB9Pcu6KCF-HxP49l5v8CiiD9jgPFd_aQHgUD0Qzmij-UFfAnHOCmPvX--M_SOI79AvkmHKcPivO4fHjyrWPn-qObnn37SmxU21fiVQUvrI-i2SCaFetOsxp77KSiEwDhuAcqPrKwOHdvCMJBQIqaE5L1Hg0DWSo2vB9v7kVCsUbr8p6U0WOQz7er5uGZrpHhnylyE&__tn__=K-R

Dördüncü yazı:
https://www.facebook.com/permalink.php?story_fbid=2600683733280650&id=2425146734167685&__tn__=K-R
Cəmil Məmmədli
araşdırmaçı jurnalist
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.