Fazil Məmmədovun "SON QALASI" yıxılacaqmı? - Başçıya özünü yığışdırması tapşırılıb

29-05-2019, 12:52           
Fazil Məmmədovun "SON QALASI" yıxılacaqmı? - Başçıya özünü yığışdırması tapşırılıb
Keçmiş Vergilər Naziri Fazil Məmmədovun kadrı kimi tanınan Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaxın günlərdə postuna "əlvida" deyəcəyi haqda informasiyalar hələ xeyli əvvəlindən yerli KİV-də dövriyyəyə buraxıldı. Bunun ardından isə Şəmkirin sosial durumu medatik xarakter daşıdı və mətbuatda Şəmkir RİH rəhbərininneqativləri bir-birinin ardından işıqlandırılmağa başladı.

Təbii ki, bütün bunlar "yuxarıların" diqqətindən yayınmadı və başçıya ilk tənələr çatdırıldı. Bu barədə DİA.AZ-a danışan mənbə iddia edir ki, Alimpaşa Məmmədova konkret vaxt verilib və özünü yığışdırması tapşırılıb.

Mənbənin dia.az-a söylədikləri: "Demək olar ki, hazırki günlər Alimpaşa Məmmədov üçün sınaq dövrüdür".

Əlavə bilgilərimiz olacaq. Bizi izləyin. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.