“Bərbər”i “barber” edənlər asudə nəfəs ala bilər: Amma bunun da sonu olacaq - DİREKTOR

30-05-2019, 00:50           
“Bərbər”i “barber” edənlər asudə nəfəs ala bilər: Amma bunun da sonu olacaq - DİREKTOR
İstər yazılı, istərsə də danışıq dilinin normalarının pozulması halları ilə tez-tez qarşılaşırıq.

Yazılı mətbuatda dil normalarının pozulması ilə bağlı fikirlər daha tez-tez səsləndirilsə də, biznesin inkişafı ilə əlaqədar yaranan xidmət obyektlərində pozuntu halları heç də az deyil.

Afişa və elanlarda, iaşə obyektlərinin reklamlarında, ticarət, xidmət obyektlərinin təqdimatında dil normalarının kobud şəkildə pozulması ilə yanaşı üslub səhvlərinə də yol verilir.

Cebhe.info əməkdaşı şəhərin müxtəlif ərazilərində Azərbaycan dilinin normalarına düzgün riayət olunmadığını müşahidə edib. Məsələn, “Bərbərxana” kimi tanıdığımız xidmət sahəsi “Barber” kimi təqdim edilir. Yaxud ət yeməkləri verilən restoranlara “Steak haus” yazılması adi hal alıb.

Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu Cebhe.info-ya açıqlamasında reklam lövhələrində xətaların olduğunu və qanunvericiliyin kobud şəkildə pozulduğunu deyib:



“Ən çox nöqsanlar afişa, elan lövhələri və iaşə obyektlərinin adlarındadır. Amma bizim təsir mexanizmimiz yoxdur. Biz yalnız maarifləndirmə işi aparırıq. Təsir mexanizmi Dil Komissiyasının yanında yaradılacaq Monitorinq Mərkəzində olacaq. Bu qurum publik şəxs kimi fəaliyyət göstərəcək. Hətta həmin qurumun cərimə tətbiq etmək səlahiyyətinin olmasını da təklif etmişik. Cərimələr daha çox hüquqi şəxslərə, yəni reklam agentliklərinə, dövlət və digər qurumlara tətbiq olunacaq. Cərimə məbləği isə kateqoriyalara görə müəyyənləşdiriləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.