Qəzənfər Ağayev də Eldar Mahmudovun "minivariantı" kimi sahibkarları talayıb... - Astaradan müraciət...

26-11-2015, 12:43           
Qəzənfər Ağayev də Eldar Mahmudovun "minivariantı" kimi sahibkarları talayıb... - Astaradan müraciət...
Redaksiyamıza Astara rayonundan şikayət məktubu daxil olub. DİA.AZ-a yazan narazı vətəndaşlar bildirirlər ki, Astara rayon icra hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev yerli sahibkarları rəsmən çilədən çıxarıb.

Narazı vətəndaşların dia.az-a yazdıqları müraciətdə deyilir: "Bu gün ölkədə sahibkarların pozulan hüquqlarının bərpası ən aktual məsələdir - desək, yanılmarıq. Həqiqətən də hörmətli prezidentimiz İlham Əliyev cənabları çox sərt addımlar ataraq, hətta dünənə qədər ona ən yaxın hesab olunan məmurları belə bağışlamır. Prezident bu addımları ilə sahibkarların arxasında dayandığını nümayiş etdirir...

Biz də prezidentimizi sevirik və dia.az vasitəsilə prezidentimizə müraciət edərək bildiririk ki, bu gün Astarada əsas söz sahibi olan icra başçısı Qəzənfər Ağayev də Eldar Mahmudovun "minivariantı" kimi sahibkarları talayıb, talayır və belə davam edərsə, yenə də talayacaq".

Daha sonra sahibkarların adından dia.az-a daxil olan müraciətdə deyilir: "Biz prezidentdən kömək istəyirik. Əgər icra başçılarının sahibkarlar üzərində hökmranlığı durdurulmazsa, ölkədə DÖVLƏTİN SÜTUNU hesab olunan sahibkarlıq - milli burjuaziya tamamən məhv olacaq. Biz konkret olaraq Astara RİH başçısı Qəzənfər Ağayevin bəhanəli-bəhanəsiz hər ay bizdən pul tələb etməsindən narazıyıq və bunun durdurulmasını xahiş edirik"

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru