İlham Məmmədovun seçki kampaniyasını kim maliyyələşdirib?-İDDİA

26-11-2015, 14:38           
İlham Məmmədovun seçki kampaniyasını kim maliyyələşdirib?-İDDİA
Deputatın son iki seçkidə əsas dəstəkçisinin yaxın dostu və biznes şəriki Vidadi Zeynalov olduğu deyilir

«MTN işi» ilə əlaqədar aparılan araşdırmalarda yeni-yeni ismlər ortaya çıxır. Hələ bir müddət əvvəl sabiq MTN rəhbəri Eldar Mahmudovun parlamentə düşməsinə yardım etdiyi deputatlarla bağlı məlumatlar yayılsa da, sonradan bu şəbəkənin daha böyük olduğu üzə çıxdı.

JAM.AZ xəbər verir ki, hakimiyyətin bütün qollarında təmsil olunmaq istəyən Mahmudov, bu prosesdə təkbaşına hərəkət etməyib. Həmçinin ona hazırda həbsdə olan digər nazirliklərin də rəsmiləri yardımçı olublar.

JAM.AZ-ın apardığı araşdırmalar zamanı məlumat olub ki, bir neçə gün əvvəl Konstitusiya Məhkəməsinin qərarı ilə deputat mandatına sahib olmuş İlham Məmmədov da məlum şəbəkəylə yaxın olub. Əldə edilən məlumatlarda vurğulanır ki, 48 saylı Yevlax Şəhər Seçki Dairəsindən seçilmiş İlham Məmmədovla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun həddindən artıq yaxını olub. Dostluq münasibətləri ilə yanaşı, Yevlaxda birgə biznesləri də olan sözügedən şəxslər maksimum dərəcədə bir birlərinə dəstəkçii də çıxıblar. Həmçinin Gəncə şəhərində də tərəflərin birgə biznes obyektlərinin olduğu da deyilir.

JAM.AZ-a daxil olan məlumatlarda iddia edilir ki, İlham Məmmədova istər 2010-cu il, istərsə də 2015-ci il parlament seçkilərində ən ciddi dəstəyi elə Vidadi Zeynalov verib. Hətta bəzi məlumatlara görə, Zeynalov Məmmədovun seçki kampaniyasını da maliyyələşdirib.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.