Mingəçevir sakinindən ürəkağrıdan müraciət:“Uşaqlarım aclıqdan əsəb xəstəliyinə tutulub”

27-10-2019, 08:04           
Mingəçevir sakinindən ürəkağrıdan müraciət:“Uşaqlarım aclıqdan əsəb xəstəliyinə tutulub”
Mingəçevir şəhər sakini, 2-ci qrup əlil Məhəmməd Həsənov dövlət başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib. JAMAZ.İNFO xəbər verir ki, sözügedən şəxsin müraciəti sözün həqiqi mənasında ürək ağrıdır.

Məhəmməd Həsənov yazır ki, 12 ildir ağciyər xəstəliyindən əziyyət çəkir. Onun sözlərinə görə, torpağını, maşınını sataraq, müalicəsinə sərf edib. “Pulsuzluqdan müalicəm yarımçıq qalıb. Bir neçə banka kredit üçün müraciət etsəm də, rədd cavabı aldım. Səbəb isə əlilliyim göstərilib”.

Mingəçevir sakini bildirir ki, o, işləmək istəyir və bununla bağlı yerli Məşğulluq İdarəsinə müraciət də edib. “Mingəçevir Məşğulluq İdarəsinə dəfələrlə işlə bağlı müraciət etsəm də, mənə iş vermədi. İdarənin müdiri Elçin Abdullayev də mənim əlilliyimi bəhanə gətirərək, bu səbəbdən işləməyimin mümkünsüz olduğunu deyir”.

Həsənov müraciətində qeyd edir ki, pensiyası bu yaxınlarda artaraq 130 manat olub. Llakin qaldığı evin kirayəsi də elə 130 manatdır. “Son bir ildə 19 dəfə ev dəyişmək məcburiyyətində qalmışam. Ççünki kirayə haqqını ödəyə bilmirəm. Artıq Mingəçevirdə hamı durumumuzu bilir. Bu dəfə də evdən çıxarılsaq, 2 azyaşlı uşaqla küçələrdə qalmalı olacağıq. Aldığım pensiyanın üzərini qohumlar düzəldirlər ki, küçələrdə qalmayaq”.



Məhəmməd Həsənov daha sonra yazır: “Özümüz ac-susuz qalırıq. Həyat yoldaşımın ayaqları tutulub, öd kisəsi çalışmır, qadın xəstəliklərindən əziyyət çəkir. Bununla belə, göyərti satır ki, gündəlik çörəkpulumuz çıxsın. Ggün ərzində satılan göyərtidən 3-4 manat pul qalır ki, onun da 1 manatı çörəyə sərf olunur. Qalan pulu da toplayıb, aptekdən nisyə sldığımız dərmanların pulunu ödəyirik”.

Müraciətin sonunda deyilir: “Kirayələrdə 11 və 13 yaşı olan 2 ac oğlanı dövlətə gələcəyin əsgəri kimi necə böüydəcəm? Aclıq uşaqlara əsəb və aqressiya gətirib. İkisi də aclıqdan əsəb xəstəliyinə tutulub”.

Məhəmməd Həsənov ölkə başçısı və Birinci Vitse-Prezidentdən ona köməklik göstərilməsini istəyir və buna böyük ümid bəslədiyini bildirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.