Diplomu Olmayan Direktor Müavini-FOTOFAKT

16-01-2020, 00:00           
Diplomu Olmayan Direktor Müavini-FOTOFAKT
İddialara görə “Bakı Atatürk Liseyi”nin dirtektor müavini Samir Balakişiyevin nə diplomu var,nə də pedaqoji təhsili…

Yəqin diqqətli oxucuların yadındadır ki,2018-ci ildə dərs ilin sonunda “Bakı Atatürk Liseyi”nin adı azərbaycanlı müəllimlərin işdən kütləvi çıxarılması qalmaqalı ilə gündəmə gəlmişdi.Elə həmin ərəfədə nədənsə mediadan gizlənən məktəb rəhbərliyini daha çox direktorun köməkçisi Eylem Gültekin təmsil edirdi.Onun göstərdiyi xidmətlər isə bir müddət sonra,konkret desək,2019-cu ilin yanvarında qiymətləndirilib.Belə ki, Eylem Gültekin “Bakı Atatürk Liseyi”nin dirtektoru təyin edilib.Amma,bu təyinat heç də bir vaxtlar keyfiyyətli tədrisi ilə seçilən adışəkilən təhsil ocağının itirilməkdə olan nüfuzunun özünə qaytarılmasına əlac olmayıb.Əksinə,biri-birini əvəzləyən neqativ olaylar yaşanmağa başlayıb.Yeni direktor Eylem Gültekin türk müəllimləri qanunsuz əməyə cəlb etmədən başlamış,gözlənilməz kadr təyinatları ilə gündəmə gəlib.Hətta,Türkiyə vətəndaşı olan şəxsləri işə cəlb etdiyinə görə Dövlət Əmək Müfəttişliyi tərəfindən inzibati qaydada cəzalandırılıb və yüksək məbləğdə cərimələnib.

Bakıdan Kanal32.az-ın redaksiyasına bilği verən mənbənin sözlərinə görə,direktor Eylem Gültekin diplomu olmayan,pedaqogikadan uzaq bir şəxsi direktor müavini təyin edib.Bu bir vaxtlar özünün Samir Turan kimi təqdim edən Balakişiyev Samir Gülbaba oğludur. Məlumatlı mənbənin iddiasına görə,Samir Balakişiyev 2006-2007-ci tədrsi ilində test üslulu ilə qanuni imtahan verməklə “Odlar Yurdu”Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” fakültəsinə qəbul olub.Lakin başqa işlərlə (?) məşğul olduğuna görə dərslərdə mütəmadı iştirak etməyib,çoxlu sayda dərs buraxmaları olub və onun universitetdən qovulması qətiləşib.Amma,bu zaman “hörmətli adamlar” “üzüyola” rektor Əhməd Vəliyevdən xahiş edib ki,Samir Balkişiyev qovulmasın.Sadəcə öz ərizəsi ilə üniversitetdən xaric edilsin.Beləliklə,2 dekabr 2008-ci il tarixli 34-T nömrəli əmrlə Balakişiyevin tələbəlik həyatına son verilib.

Həmin rəsmi sənədin fotosunu təqdim edirik:



Maraqlıdır ki,Eylem Gültekinin sevimli kadrı olan Samir Balakişiyevin universitetdən xaric olunduqdan sonra harada ali təhsil alması haqqında iş yoldaşlarının belə bilgisi yoxdur.

Redaksiyamıza məlumat verən valideynlər deyir ki,necə olur ki,kobud xarakterli,məktəb davranışlarını bilməyən və pedaqoq olmayan şəxs mühüm bir təhsil ocağında rəhbər vəzifə tutur,hətta gələcəyimiz olan uşaqların təlim-tərbiyəsi ilə məşğul olur.Direktor Eylem Gültekinin bu cür kadr təyinatına və digər qanunsuz əməllərinə isə göz yumulur.

Apardığımız qısa araşdırma zamanı məlum oldu ki,diplomsuz direktor müavini Samir Turan (Balakişiyev) 2008-ci ildə Dünya Azərbaycanlıları Konqresində (DAK) Sabir və Tənzilə Rüstəmxanlıların ətrafında fırlanmaqla Gənclər Şurasının sədri təyin edilib.Onun oradakı fəaliyyətinin ömrü isə elə də uzun olmayıb.Bu qurumun adının müxtəlif səpkili qalmaqallarda hallanmasını isə az qala ölkəmizdə hər kəs bilir.

Qeyd edək ki,”Bakı Atatürk Liseyi”nin direktoru Eylem Gültekinin və Samir Balakişiyevin mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.