Tağı Əhmədovun kadrı Zaur Hüseynovun "qurbanı" olduğunu deyir - "...bizim qara günlərimiz başladı"

28-04-2015, 10:42           
Tağı Əhmədovun kadrı Zaur Hüseynovun "qurbanı" olduğunu deyir - "...bizim qara günlərimiz başladı"
Bakı şəhəri, General Şıxlinski küçəsi, A/Yat. ev 23 ünvanda yaşayan Orucov Əli Səfər oğlu Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.az ) müraciət edib. Müraciətdə deyilir: “ Mən 53 illik ömrümün 31 ilini metro-tikinti sahəsində çalışmışam. 31 il müddətində eyni idarədə işləmişəm. Mən bura gələndə 21 yaşında cavan oğlan idim. 31 il müddətində bircə dəfə də olsun töhmət, tənbeh, xəbərdarlıq almamışam. Əksinə xeyli mükafatlarım var. Onu da nəzərə almaq lazımdır ki, mənim çalışdığım sahə hərbiləşdirilmiş sahə idi, ciddi nizam-intizam əsas idi. Lakin “metrotikinti” ilə “metropoliten” birləşdiriləndən və birləşmiş quruma Zaur Hüseynov yeni rəis təyin olunandan sonra bizim qara günlərimiz başladı.


Tağı Əhmədovun kadrı Zaur Hüseynovun "qurbanı" olduğunu deyir

Beləki yeni rəis öz yaxın qohumu Tərlan Dadaşovu qurumda İnsan Resursları Departamentinin rəisi təyin elədi. Və bu gün metro sistemində əsas söz sahibi bu şəxsdir. Biz 30-40 il stajı olan şəxslər nəinki Zaur Hüseynovun, hətta Tərlan Dadaşovun qəbuluna düşə bilmirik. “Yeni gələnlər” istəyir ki, 20-30 illik əmək stajı olan şəxsləri işdən qovub yerinə öz qohun-əqrəbalarını gətirsinlər. Son bir neçə ayda yüzdən artıq işçini işdən qovublar. İşçiləri çağırıb öz xahişləri ilə işdən çıxmaqları barədə ərizə alırlar. Belə biabırçı təklif dəfələrlə mənə də edildi. Mən isə dedim ki, nə üçün 31 ildən sonra işdən getməliyəm”. Redaksiyamıza müraciət edən Əli Orucov sonra qeyd edir ki, qızımın ailəsində böyük faciə baş verdi: “ Mən öz hesabıma məzuniyyətə çıxmaq qərarına gəldim. Və rəhbərliyin adına ərizə yazıb məzuniyyətə çıxdım. Məni işdən çıxartmaq istəyən “təzə” rəhbərlik mənim ərizəmi itirərək məni ƏM-nin maddəsi ilə işdən qovdular”. Şikayətçi sonradan qanunsuz əmrin ləğv olunması və 10.000 manat mənəvi təzminat üçün Nəsimi rayon məhkəməsinə müraciət edir. Lakin ədalət məhkəməsi “metropoliten” rəhbərliyinin tərəfini saxlayır. Və Nəsimi rayon məhkəməsi Etibar Hümbətovun sədrliyi ilə ədalətsiz qətnamə qəbul edir. Əli Orucov apellyasiya şikayəti vermək istəyəndə deyirlər ki, müddət keçib. Bir sözlə, vətəndaşın yolunu hər tərəfdən bağlayırlar.

Ardı növbəti yazıda.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.