DTX-nın bu gün saxladığı Lamiyə Canəhmədovanın həyat yoldaşı Anar Canəhmədovla bağlı da araşdırma aparılır? FOTO
3-07-2020, 19:34
Teref.az xəbər verir ki, araşdırmaçı jurmalist Cavanşir Həsənlinin araşdırmasına görə XİN-in Maliyyə idarəsinin rəisi, Dövlət Təhlükəsizlik Xidmətinin bu gün keçirdiyi əməliyyat zamanı saxlanılmış Lamiyə Canəhmədovanın həyat yoldaşı Anar Canəhmədovla bağlı da araşdırma aparılır. Anar Canəhmədov XİN-in Amerika ölkələri üzrə idarə rəisidir. Lamiyə Canəhmədovanın XİN-də Maliyyə idarəsinin rəhbəri təyin olunmasında Anar Canəhmədovun nazir Elmar Məmmədyarovla yaxın dostluq münasibətləri mühüm rol oynayıb. Teref.az yazır ki, Cavanşir Həsənli sosial şəbəkələrdə yayınladığı araşdırmasının axırında aeyd edir ki, Anar Canəhmədovun atası professor Əhəd Canəhmədov isə Milli Aviasiya Akademiyasının kafedra müdirdir, 2013-cü ildən Londonda nəşr olunan SAEQ elmi-texniki jurnalının baş redaktordur. Jurnalın təsisçisi Anar Canəhmədovun qardaşı, Britaniya-Avstraliya Cəmiyyətinin üzvü Elmar Canəhmədovdur. Adları çəkilən şəxs və qurumlarında mövqeyini işıqlandırmağa hazırıq! Teref.az