Keçmiş nazir Fazil Məmmədovun kürəkəni İngiltərədə 1.5 milyon funt sterlinq dəyərində (əlavə dəyər vergisi məbləğə daxil deyil) binanı satın alıb FOTOFAKT

2-08-2020, 17:34           
Keçmiş nazir Fazil Məmmədovun kürəkəni İngiltərədə 1.5 milyon  funt sterlinq dəyərində (əlavə dəyər vergisi məbləğə daxil deyil) binanı satın alıb FOTOFAKT
Teref.az xəbər verir ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə yeni araşdırması ilə çıxış edib. Cavanşir Həsənli bu dəfə keçmiş məmur-oliqarxlarımızdan olan Fazil Məmmədovun kürəkəninin İngiltərədə aldığı əmlakdan söz açıb və sənədləri təqdim edib. Cavanşir Həsənli yazır:

Keçmiş vergilər naziri Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev İngiltərənin Nottingham şəhərinin mərkəzində 1.5 milyon funt sterlinq dəyərində (əlavə dəyər vergisi məbləğə daxil deyil) binanı satın alıb.

Nottinghamın NG1 6JB, Long Row küçəsindəki 50, 51 və 52 saylı ünvanı əhatə edən əmlak bu ilin yanvar ayında NovaLoca əmlak agentliyi vasitəsilə satışa təqdim edilib. Əmlak agentliynin saytında (https://www.novaloca.com/…/for-sale/n…/50-52-long-row/178331) satışla bağlı ətraflı məlumat verilib. Qeyd olunub ki, binanın ümumi sahəsi1791 kvadrat metrdir. Ticarət obyektlərindən ibarət alt mərtəbəsinin sahəsi isə 475 kvadratmetrdir və 2021-ci ilin mart ayınadək qüvvədə olan illik icarəsi 90 min fint sterlinq təşkil edir.

İyulun 10-da Əbdül Əliyev binanı satın almaq barədə razılaşıb. İyulun 20-də isə keçmiş nazirin kürəkəninə məxsus NOAP PROPERTIES LIMITED şirkəti Dartforddakı The Bridging Group Limited maliyyə şirkəti ilə müqavilə bağlayaraq satınalmanı reallaşdırıb.

NOAP PROPERTIES LIMITED 2019-cu il iyunun 27-də Əbdül Əliyevin təsisçiliyi ilə Londonda qeydiyyatdan keçib.
Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini olub.
Teref.az olaraq adları çıkilən şəxslərin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.