Tərtərdə tarixi abidəmiz olan kurqan məhv olur - Məmur laqeydliyi İTTİHAM/FOTO

30-08-2020, 07:10           
Tərtərdə tarixi abidəmiz olan kurqan məhv olur -
Teref.az xəbər verir ki, Nurlan Aslanov adlı sosial şəbəkə istifadəçisi SOS sinalı erərək, Tərtər rayonunda tarixi mədəni abidməizlərdən birinin məmurların laqeydliyi üzündən məhv olduğunu bəyan edir. Nurlan Aslanov yazır:
SOS. SOS. SOS. Xahiş edirəm paylaşın.

Tərtər rayonu ərazisində kurqan tipli tarixi abidə məhv edilir. Həmin rayonun Tarixi abidələrin mühafizəsi şöbəsi buna göz yumur. Mənim israrlarım ki, abidənin yanına inventar nömrəsi qoyun, deyirlər ki, sənin nə maddi marağın var, biz nə maaş alırıq ki, benzinə verib kurqanları gəzək, inventar nömrəsi yazdıraq?!

Qırmızı dairəyə alınan həmin kurqandır. Mədəniyyət Nazirliyi tərəfindən Çaqqaltəpə adı ilə qeydiyyata alınmışıdır. 1789 nömrəli abidədir. İkinci şəkil Mədəniyyət Nazirliyinin rəsmi saytından götürülüb. Həmin şəkildə qeyd olunur ki, Çaqqaltəpə kurqanı Hüseynli( Hüsənli) kəndinin şimalındadır.

Üçüncü şəkil isə Tarix abidələrin mühafizəsi şöbəsinin mənə təqdim etdiyidir. Bununla bildirmək istəyirlər ki, mən səhv edirəm. Guya ki, 1789 nömrəli abidə onların xəritədə qeyd etdikləri yerdədir. O kurqanın Hüseynli kəndindən hansı istiqamətdə yerləşdiyini mən ağ xəttlə göstərmişəm. Göründüyü kimi onların qeyd etdikləri kurqan kəndin cənub-şərqində yerləşir.

Mənim nə maddi marağım olmalıdır ki ?! Həmin kurqanda dədə-babalarım dəfn edilməyib ki ?!
Bu bir vətəndaşlıq borcudur. Həmin idarənin isə həm də vəzifə borcudur ki, mühafizə eləsin.
Kurqanın üst qismindən çıxarılıb dağıdılanlar bir qisminin şəklini çəkə bilmişəm.

Əgər biz özümüz abidələrimizə belə laqeyd yanaşırıqsa, bəs onda niyə dünyaya car çəkirik ki, ermənilər bizim tarixi abidələrimiz, qəbirstanlıqlarımızı məhv edirlər.
Teref.az olaraq ümid edirik ki, Tərtər rayon Tarixi abidələrin mühafizəsi şöbəsi mövqeyini bildirərcək!
Teref.az


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru