"Bravo" Supermarket Azerbaijan-ın rəflərinə xarab olmuş mallar necə gəlir- ŞİKAYƏT/FOTO

1-09-2020, 06:29           
"Bravo" Supermarket Azerbaijan-ın rəflərinə xarab olmuş mallar necə gəlir- ŞİKAYƏT/FOTO
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Leyla Bağırova-Cəbiyeva (Leyla Bagirova-Jabiyeva) adlı vətəndaş Bravo Supermarket Azerbaijan-dan şikayətçidir. Leyla xanım öz şikayətində yazır:

"Salam. Şikayətim Bravo Supermarket Azerbaijan-da əldə etdiyim duzlu Forel balığındandır. Daim yaxşı keyfiyyətdə olan bu məhsul artıq ikinci dəfədir ki,xarab çıxır.
Qoxusu və filenin ağarmış hissəsindən bəllidir ki,istifadəyə yararlı deyil! Halbuki istifadə tarixi normaya uyğundur. Ola bilsin ki, bu marketin günahı deyil, istehlakçının (istehsalçının- Teref.az) məsuliyyətsizliyidir. Lap belədirsə, market istehsalçı ilə məsələni həll etməlidir.

Qiyməti də ucuz deyil. Açılmış məhsulu isə mağazaya geri qaytarsam çətin qəbul edərlər..
Sadəcə artıq ikinci dəfə boşuna itirdiyim pulu və zəhərlənmə ehtimalını nəzərə alaraq, bu məhsulu əldə etməkdən vaz keçdim!
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.