Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar - Mərkəzi Bankın “komendant saatı” nə vaxt ləğv ediləcək?

3-12-2020, 10:51           
Banklar valyuta dəyişməsinə vaxt limiti də qoyublar -
Pandemiya dövründə başlıca məhdudiyyətlərdən biri də vətəndaşların xarici valyuta almasına qoyulan limitlə bağlıdır. İnsanlar daha çox dollar alışına üstünlük verdiyindən, Mərkəzi Bankın tapşırığına əsasən istənilən məbləğdə sözügedən valyutadan almaq istəyənlər mütləq şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir və il ərzində alınan valyutanın məbləği 20 min manat ekvivalentindən (ortalıq 12 min dollar) artıq olduqda, vəsaitin mənbəyi haqqında deklarasiya doldurulmalıdır.
Teref.az yazır ki, bu fikirlər Teref.az-a göndərilən məqalədə qeyd edilir. Daha sonra məqalə müəllifi yazır:
Ölkənin ,demək olar, bank sistemini özündə birləşdirən “Kapitalbank”, “Beynəlxalq Bank” , “Paşabank” qadağanın Mərkəzi Bankdan qaynaqlandığını bildirib, bu absurd qərarla müştərilərin hüquqlarını pozmaqla yanaşı , özlərinə, yəni bank sisteminə inamı da sarsıdırlar. Eyni zamanda, məhdudiyyət təkcə məbləğə yox, vaxta da tətbiq olunur, heç demə! Yəni, yalnız saat 10-14 arası valyuta dəyişmək olar, 14-dən sonra bu hüquqa da qadağa qoyulub. Banklar bu qadağanın da “mərkəz”dən gəldiyini bildirməklə vətəndaşların hüquqlarının pozulmasının “yuxarıdan” qaynaqlandığını vurğulayırlar. Məbləğə qoyulan absurd “deklarasiya limiti”ni , birtəhər də olsa , anlamağa çalışmaq olar, bəs bu vaxt limitini vətəndaş necə anlasın? Belə çıxır, dollar satışına “komendant saatı” tətbiq olunur? Nə əcəb cəmi 4 saat? Görəsən, Elman Rüstəmov bankların “komendant saatı”nı Nazirlər Kabinetinin Operativ Qərargahı ilə razılaşdırıb?

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.