Nəhayət ölkəmizin "Baş Cuvar"ı dəyişir - Qudaların iflası

8-02-2021, 07:45           
Nəhayət ölkəmizin "Baş Cuvar"ı dəyişir -
1981- 1995-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1993-2004-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri, 2004- 2006-cı illərdə Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyinin baş direktoru və nəhayət 2006-cı ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri...

39 ildir ən pullu vəzifələrdə çalışan, lilli sudan milyardlar qazanan, mərhum prezient Əbülfəz Elşibəyin hakimiyyəti dövründən günümüzə qədər gəlib çıxan Əhməd Əhmədzadə... 39 illik fəaliyyətin sonu yaxınlaşmadadır.

Bizimxeber.az bildirir ki, nəhayət ölkəmizin "Baş Cuvar"ı dəyişir. Əhmədzadənin həbsə, yoxsa təqaüdə göndəriləcəyini dəqiq demək mümkün olmasa da, baş verənlər onu deməyə əsas verir ki, prezident İlham Əliyevin yaxın hədəflərindən biri də bu məmurdur.

Baş kassirimiz, Milli Bankın yeni binasını öz pulu ilə tikmək istəyən Elman Rüstəmovun qudasıdır.

Bu xüsusda Elman Rüstəmovun da yolun sonuna çatdığını söyləmək olar. Hər halda "Baş Cuvar"la "Baş kassir"imizin fəaliyyətinin son 10 ilini araşdırmaq aidiyyatı qurumlar üçün çətin və vaxt alıcı olmayacaq. Görəsən qudaların ikisinin birlikdə neçə milyardı var? Yaxud qudaların hansının daha çox pulu var?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru