Rəcəb Babaşov Qazaxda 5 ildə qurduğu biznes imperıyasını "xırıd" edir .. VİDEO

14-05-2021, 00:04           
Rəcəb Babaşov Qazaxda 5 ildə qurduğu biznes imperıyasını "xırıd" edir .. VİDEO
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun haqqında son vaxtlar artan kütləvi etirazlara, çoxsaylı şikayətlərə görə narahat göründüyü hiss olunur. Mediada gedən məlumatlara görə, sakinlərinin dövlətdən narazı salınması səbəbindən yuxarılarda da onun fəaliyyətinə münasibət birmənalı deyil. Verilən məlumatlara görə R.Babaşov başçı işlədiyi müddətdə əldə etdiyi obyektləri və sairələri əl altından satışa çıxardıb. İlk öncəsi Qazax rayonunda fəaliyyət göstərən və rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova yaxınlığı ilə bilinən fermer təsərrüfatından başlayıb.
Belə ki, 22.04.2021-ci il tarixində Dövlət Vergilər Xidmətinin reyster məlumatlarında bununla bağlı müvafiq dəyişiklik aparılıb.
“Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-nin qanuni təmsilçisi (direktoru) Babaşov Emin Məmmədqulu oğlunun yerinə Əliyev Ərşad Ədalət oğlu təyin olunub.

Teref.az yazır ki, atia.az-ın məlumatına görə Rəcəb Abas oğlu Babaşov ölkə başçısnın 19 may 2016-cı il tarixli sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rəcəb Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan cəmi 11 gün sonra “Qazax rayonu Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC adlı şirkət dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Babaşov Emin Məmmədqulu oğlu olub.
Son 4 ildə Qazaxda minlərlə hektar torpaq sahəsində əkin əkən “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” rayonun ən böyük təsərrüfatlarından birinə çevrilib.
Məsələn 2018-ci ildə Qazax rayonunda əkiləcək 990 hektar kartofun 250 hektarı və ya 1/4-i “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın payına düşüb.
Həmin il “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” 1502 hektar sahədə taxıl, 40 hektar sahədə isə tütün əkib.
Maraqlıdır ki, əvvəllər Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi işləyən Rəcəb Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən 11 gün sonra yaranan və qısa müddətdə sürətlə böyüyən bu şirkətin başında əslən qazaxlı olmayan şəxs dayanıb.
“Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın qanuni təmsilçisi Babaşov Emin Məmmədqulu oğlunun İcra Başçısı Babaşov Rəcəb Abas oğlunun yaxın qohumu olduğu bildirilir.
Qeyd edək ki, əslən Sabirabad rayonun Qaralar kəndindən olan Rəcəb Babaşovun yaxın qohumu olduğu bildirilən Məmmədqulu Babaşov uzun illər Sabirabad rayonunda 35 saylı Yol İstismar İdarəsinin müdiri olub.
Hazırda həmin idarəyə Məmmədqulu Babaşovun oğlu Əliqulu Babaşov rəhbərlik edir. “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı”nın qanuni təmsilçisi Emin Babaşovun da Əliqulu Babaşovun qardaşı olduğu bildirilir.
Onu da bildirək ki, Rəcəb Babaşovun atası Babaşov Abas Əliqulu oğlu 1938-ci ildə anadan olub və kənddə Hacı Abas olaraq tanınır.
Lakin bu başlanğıcdır və Babaşovun obyektlərinin xırıd edilmsi davam edir. Öz obyektlərindən başqa Babaşob harda gözünə boş yer dəyirsə, hətta boş olmayan belə yerlər satılır. Bunu aşağıda təqdim etdiyimiz videodada görə bilərsiniz:

Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.