Deputat DİN-i rüşvətdə ittiham etdi: Sürücülük vəsiqəsi üçün 1000 manat istənilir – VİDEO
9-06-2021, 22:19
Bu gün Milli Məclisin iclasında millət vəkili Müşfiq Cəfərov Daxili İşlər Nazirliyini rüşvətxorluqda ittiham edib.
Hokm.az xəbər verir ki, millət vəkili Gəncə şəhərində 9 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində baş verən rüşvətxorluq hallarının olduğunu bildirib.
Müşfiq Cəfərov sürücülük vəsiqəsi üçün 104 manat dövlət rüsumu olduğu halda həmin şöbədə 1000 manat istənildiyini qeyd edib.