Vladimir Putinin atasını anasına evlənməyə məcbur ediblər – səbəb: təsadüfən onun gözünü dirəklə çıxarıb
Bu gün, 09:54

Rusiyalı araşdırmaçılar Roman Badanin və Mixail Rubin "Şəxsi Çar" adlı kitablarında Vladimir Putinin valideynlərinin həyatından şokedici bir epizodu açıqlayıblar. Müəlliflərin məlumatına görə, Putinin anası Mariya İvanovna gənc yaşlarında bir gözünü itirib – gələcək əri Vladimir Spiridonoviç təsadüfən onu dirəklə üzündən vurub.
Müəlliflər bildirirlər ki, bu hadisə təxminən 1928-ci ildə Tver vilayətinin Turqinovo kəndində baş verib. O zaman 17 yaşlı Mariya gənc Vladimir’i evinə qonaq çağırıb, lakin o, gözlənilmədən dostları ilə birlikdə gəlib. Qız qorxub və onları həyətə buraxmaq istəməyib. Bundan sonra gənclər dirəklərlə qapını sındırmağa başlayıblar. Nəticədə zərbələrdən biri Mariyanın üzünə dəyib və həkimlər onun gözünü çıxarmalı olublar.
Bu hadisədən sonra Mariyanın anası oğlanı məhkəmə ilə hədələyərək qızına evlənməyə məcbur edib. Beləliklə, cütlük Leninqrada köçüb. Vladimir Spiridonoviç orada zavodda işləməyə başlayıb. Mariya isə az sayda qalmış fotolarda adətən başını yana çevirib poz verib ki, gözünün çıxmış tərəfi görünməsin.
Bu məlumatlar Vladimir Putinin valideynləri haqqında rəsmi versiyalarla ziddiyyət təşkil edir. Putin özü dəfələrlə atasını nə sərxoş, nə də kobud görmədiyini bildirib.
Roman Badanin və Mixail Rubinin “Şəxsi Çar” kitabı 2025-ci ilin iyul ayında nəşr olunub.
Bild.de