Əlilliyi olan şəxslər tam hüquqsuz durumdadırlar - Əlil-veteran qeyri-hökumət təşkilatları hökumətin qanunsuzluğunu qoruyur

5-08-2021, 16:37           
Əlilliyi olan şəxslər tam hüquqsuz durumdadırlar -
Ölkədə əlilliyi olan şəxslərə qarşı genişmiqyaslı kampaniya aparılır, necə deyərlər, sosial müdafiə
əvəzinə, sosial məhvedilmə siyasəti həyata keçirilir. İnsanlar onların məşğulluğuna və sosial
müdafiəsinə təhkim olunmuş qurumun - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
məmurlarından elə çəkinirlər ki, polisdən , xüsusi xidmət orqanlarından elə çəkinmirlər. Özəlliklə,
əlillər barəsində dövlət siyasətinin tam iflasa uğradığını iddia etmək olar. Bunun da başlıca nədəni
ölkədə məhkəmə hakimiyyətinin olmamasıdır. Ümumiyyətlə, ƏƏSMN Konstitusiyanı tanımır, hərənin
özünün özbaşınalıq konstitusiyası qüvvədədir. Təsəvvür edin, nazirliyin tabeliyində Dövlət Sosial
Müdafiə Fondu, eləcə də Sosial Xidmətlər Agentliyi, Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
Prezident sərəncamını, qanunu, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan
Respublikası Konstitusiyasını dılğır bir məktubdan aşağıda tuturlar! (?) Necə olur, qanuni qüvvəyə
minmiş məhkəmə qərarı illərdir icra olunmur, amma qüvvəsi olmayan saxta məktubla (?) Qarabağ
qazisinin pensiyası yarıqat edilir? Necə olur, tibbi-sosial reabilitasiya “həkimi” qazini təxribata çəkir,
içdən yaralı qaziləri, əlilləri “ictimai tele-şoularla” saxta çıxarır, heç bir qurum səsini çıxarmır. Ən yaxşı
halda, məhkəməyə müraciət etmək məsləhət görülür. Məhkəmə olsun ki, müraciət də edəsən! Axı,
ölkədə məhkəmə hakimiyyəti yoxdur, hakimiyyətin məhkəməsi var! Təsəvvür edin, Bakı İnzibati
Məhkəməsi (hakim Aygün Abdullayeva) şəxsin əlil sayılmamasından iddiası üzrə ekspertiza təyin edib
və ...rəy verilməsini cavabdeh TSEK -ə tapşırıb. Belədə hansı qanundan, əlil hüququndan danışmaq
olar? Aygün xanım tələbkar Qarabağ qazisinin SXA-ya qarşı 6-cı ildir icra olunmayan qərarla bağlı
ərizələrinə də baxmır ! Nəriman Abıyev adlı hakim isə bir qrup Qarabağ qazisinin İPM-in 28-ci
maddəsinə əsasən 3-cü şəxs kimi işə cəlb edilmə haqqında ərizələrinə də baxmayıb. Hakim Rüstəm
Kərimli Nərimanov bələdiyyəsindən götürdüyü öhdəliyi icra etmək üçün Sabunçu məhkəməsindən
Bakı İnzibati Məhkəməsinə Ədliyyə Nazirliyinin “yardımı” ilə ezam olunub və 2 ilə yaxındır apellyasiya
instansiyası tərəfindən ləğv edilən qərardadı üzrə işi gizlədir . Bu hakim, deyəsən, hakimliklə inzibati
orqanlara vəkilliyi dəyişik salıb. Təsəvvür edin, qazinin ƏƏSMN-ə qarşı iddiasını mümkün saymayıb ki,
nazirliyin tabeliyindəki qurumlar ƏƏSMN-ə tabe deyillər! (?) Ümumiyyətlə, ƏƏSMN və yanındakı
qurumlar məhkəmələrlə qeyri-prosessual münasibətə girib, vətəndaşların məhkəmə təminatı
hüququna qadağa qoyublar. Bir ara öncə DSMF-in hansısa hüquq firması ilə vəkil xidməti qarşılığında
yüz minlərlə manatlıq anlaşma imzaladığı bildirildi. Belə çıxır, dövlət qurumu əlilin, pensiyaçının
hüququnun pozulmasını peşəkar səviyyədə müdafiə etməyə vəkil(lər) tutur? Bu hansı məntiqə sığır?
Əhalinin sosial müdafiəsinə ayrılan vəsaiti hüquq firmasına ödəməklə sosial müdafiə necə həyata
keçirilə bilər? Özü də bu vəkillərin işi məhkəmə ilə qeyri-prosessual münasibətə girməkdən,
süründürməçilikdən uzağa getmir . Gerçəkdə hüququ pozulan əlilləri, pensiyaçıları vəkillə təmin
etmək əvəzinə, ƏƏSMN və tabeliyindəki qurumlar özlərini əlillərdən “peşəkarlıqla” qorumaq yolunu
tutub, belə sosial müdafiə siyasəti olar?
Əlillərin tam hüquqsuz durumda olmasında hüquq mühafizə orqanlarının, insan hüquqları üzrə
müvəkkilin -Ombudsmanın da neqativ anlamda böyük rolu var. Təsəvvür edin, Ombudsman əlillərin
hüquqlarını müdafiə etməkdən imtina edir ki, ombudsman haqqında qanunun 1.5 maddəsinə görə,
başqa orqanların fəaliyyətini məhdudlaşdırır ! (?) Bir neçə il öncə gözdən əlili məhkəmə qərarı
olmadan vergi əməkdaşları maşına basıb aparanda, Ombudsmanın qaynar xəttinə zəng edən qaziyə
yalnız polisin qanunsuzluğu ilə bağlı şikayətlərə baxıldığını bildiriblər. Millət vəkillərindən heç
danışmağa dəyməz, əlilin qanunsuz həbsindən şikayət edirsən, qoy “türmə”dən özü zəng etsin,
deyilir! (?) Əlil-veteran təşkilatlarına gəldikdə, sözügedən qeyri-hökumət təşkilatları hökumətin
qanunsuzluqlarının müdafiəçisi rolunda çıxış edirlər. Baxın, əlillər sosial təminat hüququndan
məhrum edilir, heç bir QHT (qeyri-hökumət təşkilatı) səsini çıxarmır. Çıxaranda da əlili, hüququ
pozulanı yox, hüquq pozucularını müdafiə edirlər. Ümumiyyətlə, başqa sahələrdə olduğu kimi, əlil
hüquqlarının müdafiəsində da QHT “monopoliyası, yəni öncədən “seçilən” “əlil hüquqları eksperti”nin
rəyi əsas tutulur. Belə hüquq(suzluq)la, əlbəttə, baş beyin travması alan qazinin üzdən heç bir
yarasının olmadığına rəy vermək və bunu şouya çevirmək olar.
Əlillərə yanaşmanı kökündən dəyişmək üçün ilk növbədə əlillərə ayrıca ombudsman ayrılmasına
ehtiyac var .Əlil hüquqları üzrə müvəkkil əlilliyi olan şəxslərin hüquqlarının pozulmasına son qoya
bilər. Dövlət sosial müdafiə qurumları öz “ hüquqlarını” qorumağa vəkil qurumu ayıra bilər, əlillərə
müvəkkil ayıra bilməz?
Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.