İcra başçısının dodaq uçuqladan sərvəti - Vidadi İsayevin əmlakının az bir hissəsinin siyahısı

1-09-2021, 07:02           
İcra başçısının dodaq uçuqladan sərvəti  -  Vidadi İsayevin əmlakının az bir hissəsinin siyahısı
Həbsxananın səbrsizliklə yolunu gözlədiyi icra başçılarından biri də Bərdənin icra başçısı Vidadi İsayevdir.
Vidadi İsayev keçmiş “APİ”-nin tarix fakültəsini bitirib, xeyli müddət tarix müəllimi işləyib, sonra Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri olub.
Sonradan 2004-2005-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini, 2005-2011-ci illərdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı işləyib, 2011-ci ildən isə Bərdə Rayon İcra Hakimiyyətinin başçısıdır.
Burda bir balaca təhlil-analiz aparaq.
Adamın icra başçısı olması sıradan bir məsələ deyil. Adam mütləq və mütləq “nəsə etməlidir” ki, ona icra başçısı kimi mühüm vəzifə etibar edilsin.
Vidadi İsayevin tərcümeyi-halında onun xeyli müddət Mərkəzi Dövlət Arxivinin Yevlax filialının müdiri işləməsi qeyd olunub. Bax, əsas məsələ də budur.
Bəli, kimlərəsə arxivin müdiri işləmək adi gələ bilər.
Amma unutmayın ki, rayonla bağlı bütün “qiymətli materiallar” arxivdə cəmləşib. Və onun açarı da Vidadi İsayevin əlində olub.
Bilənlər bilir ki, arxivdə sovet dövründən qalma torpaq sənədləri, dövlət idarələrinə məxsus torpaq sahələri, onların xəritəsi, özəlləşdirilən obyektlərlə bağlı məlumatlar və s kimi materiallar var. Yəni köhnə sənədləri saxtalaşdırmaq və “yeniləşdirmək” üçün arxiv əsl xəzinədir.
Bəli, Vidadi İsayev Yevlağın arxivinə əməlli-başlı əl gəzdirib, yəni lazım olan şəxslərə milyonlar qazandırıb. Ona görə də “etibarlı şəxs” kimi vəzifəsini böyüdüb icra başçısı qoyublar. İndi bəlli oldumu, adi tarix müəlliminə “doveriya” haradandır.
Vidadi İsayev Bərdədə 11 ildir icra başçısı işlədiyi müddətdə demək olar ki, rayonu viran qoyub. Obrazlı desək, Nizami Gəncəvinin “ Bərdə nə gözəldir, necə qəşəngdir, Yazı da, qışı da güldür çiçəkdir” deyimindən əsər-əlamət qalmayıb.
Adi tarix müəllimi Vidadi İsayevin mal-mülkünün siyahısına baxanda adam Bərdənin və bərdəlilərin halına acıyır.
Özünü Bərdənin “xanı” kimi aparan Vidadi İsayevin əmlakının siyahısına nəzər salaq:
1. Bakı şəhəri, A. Bakıxanov, ev 39 ünvanında mənzil
2. H.Zərdabi 3153-cü məhəllə, ev 7, mən. 200 mənzil
3. Şərq küç, ev 11B ünvanında mənzil
4. Oğlunun 100.000 manatlıq çayxanası
5. Kürəkəninin Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükanı
6. “Ana və Uşaq” kafesi
7. “Təchizat BCS” MMC şirkəti
8. Bərdədə ikimərtəbəli mağaza
9. Mixaylovka kəndində bir imarət
10. Ağcakənddə ikinci böyük villa
11. Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
12. 90-GP-555 dövlət nişanlı Toyota Prado
13. Mercedes G63 AMG
14. Bərdədə Heydər Əliyev parkında kafe
15. Yevlaxda əzəmətli villa
16. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
17. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
18. Rusiyada, Türkiyədə biznes və obyektlər VƏ S VƏ İ
Bütün bunlar sahibkarlardan alınan, idarə və müəssisələrdən yığılan, tenderlərdən gələn, camaatın maaş kartlarından, xalqdan və dövlət vəsaitindən oğurlanan pulların az bir hissəsidir.
Vidadi İsayevin sayəsində qohum-əqrəbaları da vəzifələrə doluşub xalqın qanını sorurlar.
1. Vidadi İsayevin həyat yoldaşı Sara Bünyatova Yevlaxda Arxiv İdarəsinin müdirəsidir
2. Oğlu Tural İsayev Yasamal rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir
3. Qardaşı Füzuli İsayev Xaçmazın reyestr xidmətinin rəisidir
4. Qudası Fazil Həsənəliyev Baş Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisidir
5. Bacanağı Mahmud İsmayılov Bərdə rayon İcra Hakimiyyətinin təmir-tikinti işlərinə rəhbərlik edir
6. Vidadi İsayev özü isə Gəncə şəhər icra hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin həyat yoldaşının doğma əmisi oğludur.
Siyahını uzada da bilərdik. Amma “dənizdə damcı məsələsi”...
İcra başçısının macəraları rayonda dillər əzbəri olub, rayonda aşıqlar toylarda Vidadinin eşq macəralarından dastan deyirlər.
Bəli, keçmiş tarix müəlliminin adı uşaq bağçaları ilə bağlı hallanır. İcra başçısı uşaqların südünə də tamah salıb. Yəni bağçalara verilən körpə qidalarını ləzzətlə basıb yeyir. Özü də tək yemir, Leyla Məmmədova ilə birlikdə yeyir. Yeyə bilmədiklərini isə satdırır.
Kimdir Bərdədə adı dillərdə dolaşan Leyla Məmmədova ?
10 saylı uşaq bağçasının müdiri Leyla Məmmədova icra başçısı Vidadi İsayev ilə cütləşərək rayondakı bağçalara ayrılan dövlət vəsaitini mənimsəyirlər.
Leyla Məmmədova təkcə bir bağçanın müdirəsi deyil, rayondakı digər bağçalara da “rəhbərlik” edir. Onu “kurator” vəzifəsinə icra başçısı qoyub.
Vidadi İsayev Leyla xanıma söz verib ki, gələcəkdə Bərdənin icra başçısı Leyla olacaq. Necə deyərlər, Vidadi İsayev Allah qoymasa, özünə xələf, yəni Bərdəyə gələcək başçı hazırlayır.
Onu da qeyd edək ki, başçı ilə Leyla xanım təkcə uşaqların payını yemir, həm də bütün bağçalara təyin olunan müdirlər, texniki heyət, mühasiblər hamısı bu “cütlüyün” əlindən gəlib keçir.
Hələ bu harasıdır.
Vidadinin Leylası hətta rayonda məktəb direktorlarının təyin olunmasında da söz sahibidir.
Bir sözlə, Vidadi İsayev və Leyla Məmmədova Bərdənin gələcyini özləri bildiyi kimi dizayn edirlər.
Hətta Vidadi İsayev deyib ki, mən həbsxanaya getsəm də Leyla mütləq mənim varisim
olmalıdır.
P.S Hörmətli Vidadi İsayevə bildirmək istəyirik ki, haqqınızda deyilənləri biz demirik aaa, camaat deyir. Sozünüz olsa sizində dediklərinizi dərc edə bilərik.
gundelik baki.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.