Əvəz Qocayevin media "separatçılığı" Saleh Məmmədovla arasını vurdu

15-10-2021, 11:37           
Əvəz Qocayevin media "separatçılığı" Saleh Məmmədovla arasını vurdu
Əvəz Qocayevlə Saleh Məmmədovun arası dəyib - Gərginliyin təfərrüatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla müavini Əvəz Qocayev arasında münasibətlər gərginləşib. Anaxeber.info məlumat verir ki, Ə. Qocayevin sədrlik postuna iddiası və hakimiyyətdəki dayaqları ilə danışıqlar aparması S. Məmmədovun qulağına çatıb. Xəbərə görə, sədr müavinə möhkəm qəzəblidir və AAYDA rəhbərliyində soyuq yellər əsir. Həmçinin Qocayevin mediadakı əlaqələrindən xəbər tutan Məmmədova məlum olub ki, müavin onun barəsində gedən materialların qarşısını almaq üçün heç bir iş görməyib, yalnız öz müdafiəsi ilə məşğul olub. Bu da Saleh Məmmədovu daha da özündən çıxarıb. Hətta bunu onun arxasından iş çevirmək kimi qiymətləndirib. Belə iddialar dolaşır ki, Qocayevin mətbuatla işbirliyində olması məhz sədrlik vəzifəsinə yüksəlməsi üçün rol oynayır, yəni prezidentə təqdimatın təmiz getməsinə çalışır, saytlarda adının hallanmasına imkan vermir. Sözsüz ki, bu da Məmmədovun xoşuna gəlməyib. Çünki sədrin əməkdaşlıq etdiyi media yalnız rəsmi KİV-dir və qurumun gördüyü işlər haqda ümumi məlumatlar verilir, amma tənqidçi mətbuatda sədr haqda gedən məqalələr yenə işıqlandırılır. Bildirilir ki, Məmmədovla Qocayevin əlaqələrinin gərginləşməsi tərəflərdən hansının qələbəsi ilə bitəcək, bunu zaman göstərər.
anaxeber.infoшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.