MÜTƏŞƏKKIL SƏLƏMÇI DƏSTƏLƏRI VƏ ONLARIN «QURBANLARI».FOTO-VİDEO

22-01-2022, 08:06           
MÜTƏŞƏKKIL SƏLƏMÇI DƏSTƏLƏRI VƏ ONLARIN «QURBANLARI».FOTO-VİDEO
Hərbçilərlə müştərək qanunsuz iş quran sələmçilər borc bataqlığına saldıqları şəxsin azyaşlı qızını hədələyirlər

Abşeron rayonu Masazır qəsəbəsi bina 27, mənzil 4-də qeydiyyatda olan Mirzəyeva Gülnarə Zeynalabdin qızı Bakı şəhəri, Nərimanov rayonu Atatürk prospektində, keçmiş “Gənclik” mehmanxanasının arxasında fəaliyyət göstərən qızıl dükanlarından birinin ticarətçisi Yeganə adlı qadın tərəfindən aldanılmasına, pulunun mənimsənilməsinə dair “Dəryaz” qəzeti redaksiyasına etdiyi birinci müraciətə əlavə olaraq bildirmişdir ki, onun qohumlarına, tanışlarına külli miqdarda əsaslı və əsassız borcları yaranmışdır. Onların arasında sələmi ilə borc verənlər də vardır ki, əsas borclarını bağlamağına və əlavə faiz borcu ödədiyinə baxmayaraq, hələ də onu özlərinə borclu sayır, rahatlıq vermirlər. Xatırladır ki, Yeganə ona qramını 60 manata dediyi qızılın hesabını öz sənədlərində 95 manatdan, 85 manata dediyi qızılın isə qramını 140 manatdan aparırmış ki, bu da ciddi maliyyə pozuntusu, saxtakarlıqdır. Yeganənin satdığı qızıllara qəbz verməməsinə isə gəlirini dövriyyədən gizlətməsi, vergidən yayınma halları kimi hüquqi qiymət verilməlidir.

G.Mirzəyeva bildirir ki, əvvəlcə pal-paltar və parfümeriya, sonradan isə qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olduğu dövrdə müxtəlif adamlardan sələmi ilə borc götürsə də, vicdanlı borclu kimi vaxtlı-vaxtında qaytarırmış. Amma Yeganə tərəfindən aldanılandan sonra işləri sahmanından çıxmış və nəticədə borc bataqlığında vurnuxur. Evini 45000 (qırx beş min) manata, yoldaşının “Hyunday” markalı maşınını 20000 (iyirmi min) manata satıb, iş görmək üçün həyat yoldaşından aldığı 65000 (altmış beş min) və qardaşından aldığı 197000 (yüz doxsan yeddi min) manatı sələmə ödəmişdir. Onun və ailə üzvlərinin maddi və mənəvi durumu acınaqcaqlı vəziyyətə düşüb, cəmiyyət içində nüfuzlarına ciddi xələl gəlmişdir. Üstəlik, borc götürdüyü bəzi şəxslər onun çıxılmaz vəziyyətindən istifadə edərək, üzərinə daha artıq borc yükləmək üçün hər fürsətdən yararlanmağa çalışmışlar. Onlar qanunsuz sələmçiliklə məşğuldurlar, bu növ fəaliyyətlərindən əldə etdikləri mənfəətdən dövlətə heç bir vergi vermirlər.

Beləliklə, G.Mirzəyeva ayrı — ayrı vaxtlarda müxtəlif şəxslərdən müxtəlif faizlərlə müxtəlif məbləğlərdə aldığı və qaytardığı pulların siyahısını təqdim etmişdir:

1. Əmisi qızı, Goranboy rayon sakini Leyla Aslanovadan ümumilikdə 66150 (altmış altı min bir yüz əlli) manat almış və 187140 (bir yüz səksən yeddi min bir yüz qırx) manat, yəni, 120990 (bir yüz iyirmi min doqquz yüz doxsan) manat artıq qaytarmışdır.


2. Əmisi qızı Leylanın rəfiqəsi, Goranboy əsilli Aytən Musayevadan üst-üstə 135000 (Bir yüz otuz beş min) manat almış, 319000 (Üç yüz on doqquz min) manat, yəni, 184000 (bir yüz səksən dörd min) manat artıq qaytarmışdır.


3. Qonşusu, Abşeron rayon sakini Şəhla xanımdan 37000 (otuz yeddi min) manat almış, cəmi 17500 (on yeddi min beş yüz) manat qaytarmışdır.


4. Digər qohumu, Gəncə şəhər sakini Arifə xanımdan 10.000 (on min) manat almış, cəmi 7000 (yeddi min) manat qaytarmışdır.


5. Tanışı Bəhruz Cəfərovdan 85000 (səksən beş min) manat almış, cəmi 177500 (yüz yetmiş yeddi min beş yüz) manat qaytarmışdır.


Qeyd edir ki, adlarını çəkdiyi şəxslərdən Leyla Aslanova və Aytən Musayeva əlbirdirlər, ona qarşı xüsusilə rəhmsiz olublar. Bütün bu dövr ərzində və elə indi də onu tez-tez narahat edib, öz növbələrində guya başqa şəxslərdən faizlə borc götürərək ona verdiklərini deyirlər: “Leyla özü Xanqərvənd kəndində lombardda işləyib, başqalarına 6-8 faizlə verdikləri borcların ödənişi edildikdə həmin məbləğləri lombardın kassasına keçirməyi gecikdirərək mənə dediyi faizdən yuxarı faizlə borc verdiyini etiraf edir. Aytənlə birlikdə əlində bıçaq evimizə hücum çəkib gah bizi öldürəcəyi, gah da özünü 8-ci mərtəbədən, bizim eyvandan atacağı ilə hədələyib əlində gətirdiyi kağıza mənə qol çəkdirdi. İddia edir ki, guya mənim ona əlavə 201000 (İki yüz bir min) manat borcum var. Elə olub ki, Aytən Musayeva sələm ödənişimin vaxtını cəmi 3 gün uzatmaq üçün 73 qram 750 probluq qızıl saatı girov götürüb və nəticədə mənimsəyərək heçə sayıb.


O da məndən əlavə olaraq 201000 (iki yüz bir min) manat pul tələb edir. Aytənlə Leyla Aytənin həyat yoldaşının bibisi oğlu Rövşən vasitəsilə Goranboy və Tərtər rayonlarında xidmət edən hərbçilərin də içərilərinə daxil olaraq hərbçilərin maaş kartlarını özlərində saxlayaraq onlara 30 faizlə pul verirlər. Bəzi hərbçilərin maaş kartları ilə aşağı faizlə bankdan pul götürərək başqa vətəndaşlara yuxarı faizlə sələm verirlər. Hətta bir neçə dəfə Leylanın mənə verdiyi pulu telefonda hərbçi Ayaz İsayev kimi təqdim olunan bir şəxs zəng vuraraq tələb edib, azyaşlı qızımı hədələyib, pulunu çatdırmasaq, bizə problem yaşadacağını deyib”.

G.Mirzəyeva redaksiyadan xahiş edir ki, başıma gələn hadisələr ictimailəşdirilib hüquq mühafizə orqanlarının diqqətinə çatdırılsın, Leyla və Aytənə artıq verdiyi pulların özünə qaytarılmasına və onların sələmçi ortaqlarının əhatə dairəsinin müəyyənləşdirilməsinə və qanunsuz əməllərinə hüquqi qiymət verilməsinə köməklik göstərilsin.

Redaksiya olaraq öz növbəmizdə qarşı tərəflərin mövqelərini öyrənmək üçün ilk əvvəl Leyla Aslanovaya zəng etdik. Leyla xanım onun barəsində deyilən məlumatları təkzib etdi və özümüzü təqdim etsək də, bizi tanımadığına (?) görə bu mövzuda danışmaq istəmədiyini bildirdi. İkinci əlaqə qurduğumuz Aytən Musayeva isə G.Mirzəyevaya verdiyi pulları təsdiqləyən sənədlərə malik olduğunu, amma məxfiliyi qorumaq üçün müfəssəl məlumat vermək istəmədiyini, həmçinin bu işin istintaq tərəfindən araşdırıldığını dedi.

Ümid edirik ki, yüzlərlə vətəndaşı belə sələm bataqlığına batırıan dələduz sələmçilər hüquq mühafizə orqanları tərəfindən ifşa olunub öz cəzalarını alacaqlar. İnanırıq ki, mütəşəkkil formada qanunsuz fəaliyyət göstərən belə sələmçi dəstələrin cinayət əməlləri Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş Mübarizə İdarəsinin əməkdaşları tərəfindən vicdanla araşdırılıb layiqli cəzalarını alacaqlar

Mövzuya qayıdacağıq.

Deryaz.azшаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.