Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…

25-01-2022, 00:09           
Əvəz Qocayev Cavid Qurbanovun yerinə iddialıdır…
Azərbaycanın tanınmış oliqarx məmurlarından biri olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Əvəz Qocayev digər oliqarx məmur, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrliyinə iddialıdır. Bu barədə AzToday.az-a məlumat verən mənbənin sözlərinə görə Əvəz Qocayev artıq Avtomobil Yolları Dövlət Agentliyininə sədr keçmək xəyalları ilə vidalaşıb və Saleh Məmmədovun iddialı sədr müavini artıq gözünü Cavid Qurbanovun yerinə dikib.

Qeyd edək ki, bir ildən çoxdur ki, Cavid Qurbanovun etimadı itirməsi və vəzifədən alınacağı ilə bağlı cəmiyyətdə söz-söhbət dolaşmaqdadır. Mətbuatda isə Cavid Qurbanovun öz mülklərini satışa çıxarması haqda bir sıra məlumatlar yayılıb. Ən son olaraq isə Cavid Qurbanov “Topaz”la bağlı gündəmə gəlməkdədir və Cavid Qurbanovun ünvanına artıq deputatlar səviyyəsində tənqidlər səsləndirilməkdədir.

Daha əvvəl mətbuatda Əvəz Qocayeyin Avtomobil Yolları Dövlət Agentliyininə sədri Saleh Məmmədovun yerinə keçməyə çalışdığı barədə məlumatlar yayılmışdı. Hətta onun digər müavin Hüsnü Quliyevlə problemləri olduğu və Saleh Məmmədovun Əvəz Qocayevə qarşı məhz Hüsni Quliyevi qoyduğu bildirilirdi.

Mənbə AzToday.az-a bildirib ki, Avtomobil Yolları Dövlət Agentliyində artıq Əvəz Qocayevin nüfuz dairəsi həddindən artıq məhdudlaşdırılıb və o, indi Agentlikdən ayrılaraq nüfuzdan düşmüş Cavid Qurbanovun yerində bərqərar olmağı düşünür.шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.