Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları - VARLIĞA, NƏ DARLIQ...

26-01-2022, 18:21           
Deputat Mahir Abbaszadənin ev və maşın qiymətinə olan saatları -
Mili Məclisin deputatı Mahir Abbaszadə bu dəfə bahalı saat kolleksiyası ilə diqqət çəkib.

Teref.az 32gun.az-a istinadən xəbər verir ki, deputat bahalı saat həvəskarıdır. Hətta kolleksiyasında "Patek Philippe" və "Rolex" kimi qiyməti yüz min dollarla ölçülən saatlar da var.

Diqqət çəkən məqam isə M.Abbaszadənin daha çox "Patek Philippe" markasına üstünlük verməsidir.

Qeyd edək ki, Sözügedən brendin ən sadə saat modelinin qiyməti 10 min dollardır.

"Patek Philippe" markasının Grand Complications modelinin qiyməti 100 min və 4 milyon dollar arasında dəyişir.

Maraqlıdır ki, deputat müsahibələrində saatlarını nümayiş etdirməkdən çəkinmir, bu fotolardan açıq-aşkar görünür.

Həmin fotoları təqdim edirik:
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.