Muxtar Babayevin nəzərinə: Xaçmazqışlaq sakinləri: “Meşə ərazisi məhv edilir”

11-05-2022, 08:23           
Muxtar Babayevin nəzərinə:
"Ağacların kəsilməsinə şərait yaradanlar bir neçə qardaşdır”

"Oğuz rayonunun Xaçmazqışlaq kəndində meşə ərazisi məhv edilir”.

Kənd sakinlərinin Meydan TV-yə göndərdiyi müraciətdə belə deyilir.

Sakinlərdən Əmrah Həmidli deyib ki, çoxillik ağaclar kəsilərək "Kamaz” avtomobilləri ilə daşınır.


Mənbə: "Ecofront”

"Ağacların kəsilməsindən meşələr üzrə nümayəndənin xəbəri var. Yararsız ağaclar qalır, sağlam ağaclar kəsilir. Kəsilən ağacların əksəriyəti "Qırmızı Kitab”a düşən ağaclardır”, - şikayətçi deyib.

Bildirib ki, bu barədə məlumat verən kimi nazirliyin yerli nümayəndələri onları hədələyir.

Sakinlər deyirlər ki, 2019-cu ildə ağacları kəsənlərin bir neçəsi həbs edilb.

Mənbə: "Ecofront”

"Ağacların kəsilməsinə şərait yaradanlar bir neçə qardaşdılar, biri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşıdır, digəri meşə sahəsinə nəzarətçi. Deyirlər ki, 9 qardaşdılar, kənddə onlara heç kim söz deyə bilmir. Ancaq kim istəyirsə gələ bilər, kəsilən ağacların yerini göstərə bilərik”.

Meydan.Tv-yə daxil olan müraciəti daha dörd sakin imzalayıb.


Mənbə: "Ecofront”

"Ecofront” təşkilatının rəhbəri Cavid Qara Meydan TV-yə bildirib ki, Oğuz meşəsi problemli ərazidir. O meşədə ağacların kəsilməsi ilə tez-tez rastlaşırlar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi telefon zənglərini cavablandırmayıb, yazılı göndərilən suallara da cavab verilməyib.


Mənbə: "Ecofront”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru