AMEA sabiq prezidentinin kitabını çap etdirib sonra tender keçirir? - FOTOFAKT

15-12-2022, 11:47           
AMEA sabiq prezidentinin kitabını çap etdirib sonra tender keçirir? - FOTOFAKT
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, tenderin qalibi olan “Apostrof-A” MMC (VÖEN - 3102733781) Geologiya və Geofizika İnstitutunun sifarişi əsasında İnstitutun Baş direktoru, AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadənin “Azərbaycan Elmi: Gələcəyə Baxış” adlı kitabının 1-ci cildinin nəşrini həyata keçirəcək.
Açıqlanan rəsmi məlumatda bildirilir ki, ümumi sayı 150 ədəd olan kitabı “Apostrof-A” MMC 14-31 dekabr 2022-ci il tarixlərində çap edəcək və bu iş üçün 4 min 500 manat alacaq. Bir ədəd kitabın çapı 30 manata başa gələcək.
Qeyd edək ki, “Apostrof-A” MMC 18.07.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan ŞTQ, ev 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Akif Dənziyev Möhtəmən oğludur.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən məqam isə odur ki, bu ilin iyul ayının 8-də AMEA-nın rəsmi saytında və “Azərtac”da yayılan məlumatda akademik Akif Əlizadənin “Azərbaycan elmi: gələcəyə baxış” ikicildlik kitabının 1-ci cildinin çapdan çıxdığı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Geologiya və Geofizika İnstitutundan münasibət almağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru