Azərbaycanda noutbuk və kompüter istehsalı artıb - Statistika Bu gün, 08:44 Bu ilin ilk 6 ayında Azərbaycanda kompüter istehsalında əhəmiyyətli artım qeydə alınıb. Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 1 430 ədəd noutbuk, 1 795 ədəd isə stolüstü kompüter istehsal olunub.Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə noutbuk istehsalı 903 ədəd, stolüstü kompüter istehsalı isə 844 ədəd olub.Nəticədə, noutbuk istehsalı 527 ədəd və ya 58,36%, stolüstü kompüter istehsalı isə 951 ədəd və ya 112,67% artıb. Facebook-da paylaş