Naftalanda 40 yaşlı kişi küçədə sevgilisini qucaqladı, məhkəməlik oldu
Bu gün, 09:16
Naftalanda 40 yaşlı kişi küçədə sevgilisini qucaqladığı üçün məhkəməyə verilib.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin İslam Həsənzadə küçəsində yerləşən "İnşaat malları"mağazasının qarşısında baş verib.
1985-ci il təvəllüdlü İlham Əlləzov (ad və soyad şərtidir) avtomobili ilə hərəkətdə olarkən yolun kənarında keçmiş sevgilisi Güneli görür. O, avtomobilindən düşüb Günelin yanına gedir və onu qucaqlayıb barışmaq istəyir. Bu məqsədlə sevgilisini qucaqlayıb maşına tərəf gətirmək istəyərkən, Günel ona müqavimət göstərir. Sevgilisini maşına mindirmək istəyən İlhamla Günel arasında mübahisə yaranır və Günel yüngül xəsarət alır.
Hadisə yerinə polis əməkdaşları gəlib və faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyi üçün işə xitam verilib.