“Şərurlu İsfəndiyar”dan şok etiraf: “Flaminqo”nu 7 milyona aldım, 2 milyonu mənim yanımda göndərdilər Naxçıvana - Video

13-01-2023, 09:24           
“Şərurlu İsfəndiyar”dan şok etiraf:
Dəyərli 10 milyonlarla ölçülən, Bakının 8-ci kilometr ərazisindəki “Flaminqo” restoranı ilə bağlı apardığımız jurnalist araşdırmasını bitmiş saymaq olar. İndi söz hüquq-mühafizə orqanlarınındır.
Restoranın sahiblərinin mövqeyini ifadə edən , vaxtilə “Flaminqo”nun icraçı direktoru olmuş Ələkbərov Nizami Azinforum.az-a verdiyi eksklüziv müsahibədə 2009-cu ildə restoranın Naxçıvan Daxili İşlər Naziri Əhməd Əhmədovun göstərişi ilə necə ələ keçirildiyinin tam mexanizmini açıqlayıb.
Restoran hazırda tanınmış iş adamı “Şərurlu İsfəndiyar” kimi tanınan - İsfəndiyar Axundovun mülkiyyətindədir. Nizami Ələkbərov müsahibəsində İsfəndiyar Axundovla bağlı sensasion fikirlər səsləndirdiyi üçün, iş adamı bizimlə görüşüb, məsələyə aydınlıq gətirməsini istədi. “Şərurlu İsfəndiyar” Azinforum.az-a verdiyi videomüsahibədə restoranı 7 milyona aldığını, pulun bir hissəsini əmlak, qalanını nağd şəkildə ödədiyini təsdiqləyib.
O, həmçinin pulun 2 milyonunu onun yanında Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı əməkdaşına restoranın əsl sahibi Cəmil müəllimin girovluqdan azad edilməsi üçün ödəndiyini etiraf edib.
Azinforum.az-a verilən bu iki müsahibə “Flaminqo” ilə bağlı cinayət işinin açılmasına, Naxçıvan Daxili İşlər Nazirliyinin Qasım adlı yüksək vəzifəli əməkdaşı və onu bu işə təhrik edənlərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verir. İsfəndiyar Axundovun verdiyi eksklüziv açıqlamadakı səmimi və sensasion etiraflarını şərh bölümündəki linkdən izləyin.
Məhəmmədəli Qəribli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.