Kiko Kasilya: "Ronaldu bütün komanda və personal üçün "iPhone" almışdı"

Bu gün, 15:18           
Kiko Kasilya: "Ronaldu bütün komanda və personal üçün "iPhone" almışdı"
İspaniyanın "Real Madrid" komandasının keçmiş qapıçısı Kiko Kasilya "Kral klubu"nun sabiq hücumçusu Kriştianu Ronaldunun səxavətliliyini və yardımsevərliliyini vurğulayıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "El After de Post United" podkastında bəhs edib.

"Ronaldu fenomendir, hətta akademiyanın ən gənc oyunçularına da kömək edən gözəl insandır. Ondan nə xahiş etsəniz, sizə verəcək" , - deyə o bildirib.

Kasilya xatırladıb ki, "Real Madrid" futbolçuları mövsümöncəsi məşq üçün ABŞ-yə getdikləri zaman Ronaldu bütün əməkdaşlara, o cümlədən fizioterapevtlərə, mühafizəçilərə və komandanın digər üzvlərinə ən son "iPhone" smartfonları və "Apple" saatlarını almışdı:

"O, lovğalanmağın mənasını görmədiyi üçün bunları heç vaxt demir".

Qeyd edək ki, Ronaldo 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.