Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu

Bu gün, 16:08           
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
Yeni nəsil pilotsuz uçuş aparatlarının hazırlanmasında ixtisaslaşan "FusionFlight" şirkəti yeni "Axion" modelini təqdim edib.
Bu barədə ixbt.com saytı xəbər verir.

Şaquli qalxma və eniş aparatı səkkiz mikroturbin reaktiv mühərriklə təchiz olunub, bu da ona müxtəlif hava məkanı missiyalarını yerinə yetirmək üçün geniş imkanlar verir.

Maksimal uçuş çəkisi 230 kiloqramdır və dizel yanacaqla işləyir. Səkkiz reaktiv mühərrik 1097 Nm təkan verir ki, bu da "Axion"a şaquli olaraq qalxıb enməyə, havada süzülməyə və üfüqi uçuşda 362 km/saat sürətə çatmağa imkan verir.

Bir mühərrik sıradan çıxsa belə, "Axion" qalan yeddi mühərriklə təhlükəsiz şəkildə enə biləcək. Maksimum sürətlə uçuş məsafəsi 15 dəqiqədir. Rəsmi məlumatlara görə, "Axion" 10 kilometrə qədər yüksəklikdə uça bilər.

"Axion"un ilk uçuş sınaqları bu ilin sonuna planlaşdırılıb. O sifarişlə hazırlanacaq və qiyməti 290 min dollardan başlayacaq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.