Hindistanda qəzaya uğrayan "Boeing"in pilotu intihar edib?

14-07-2025, 15:58           
Hindistanda qəzaya uğrayan "Boeing"in pilotu intihar edib?
Hindistan Kommersiya Pilotları Assosiasiyası (ICPA) iyunun 12-də Əhmədabad şəhəri üzərində qəzaya uğrayan "Air India" aviaşirkətinə məxsus "Boeing 787 Dreamliner" təyyarəsinin ekipajını müdafiə edərək, pilotların təyyarə qəzasında təqsirkar olması, habelə onlardan birinin intihar etməsi ehtimalı ilə bağlı vaxtından əvvəl nəticə çıxarmaqdan çəkinməyə çağırıb.

TASS xəbər verir ki, bu barədə assosiasiyanın bəyanatında bildirilir.

Təşkilat təyyarəni idarə edən pilotların son dərəcə çətin şəraitdə vəzifələrini yerinə yetirdiyini vurğulayıb.

"Biz medianı və şərhçiləri təmkinli, mərhəmətli və prosessual normalara hörmətlə yanaşmağa çağırırıq. "Air India"nın reysinin heyəti çətin şəraitdə öz təlimlərinə və öhdəliklərinə uyğun olaraq peşəkarcasına hərəkət etdi. Onlar fərziyyələrə əsaslanan böhtana deyil, hörmətə layiqdirlər", - assosiasiya qəza ilə bağlı ilkin hesabat dərc edildikdən və mediada pilotların diqqətsizliyi ilə bağlı xəbərlərin ortaya çıxmasından sonra bildirib.

ICPA iddiaları rədd edərək, onları əsassız, təhlükəli və vaxtından əvvəl olduğunu qeyd edib.

Təşkilat pilotların mütəmadi olaraq ciddi psixoloji və peşəkar qiymətləndirmələrdən keçdiyini vurğulayıb və insanları qəza ilə bağlı araşdırmanın yekun nəticələrini gözləməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru