FIFA futbolçulara məcburi məzuniyyət verməyə razı olub

14-07-2025, 15:38           
FIFA futbolçulara məcburi məzuniyyət verməyə razı olub
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FIFA) və futbolçuların beynəlxalq həmkarlar ittifaqlarının nümayəndələri oyunçular üçün məcburi fasilələrin tətbiq edilməsi zərurətinə dair razılığa gəliblər.

Bu barədə FIFA-nın Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, sözügedən məsələ ilə bağlı Nyu-Yorkda klublararası dünya çempionatının finalı ərəfəsində FIFA prezidenti Canni İnfantino və beynəlxalq həmkarlar ittifaqlarının nümayəndələri arasında görüş baş tutub.

Tərəflər hər mövsümün sonunda oyunlar arasında məcburi minimum 72 saat fasilə və 21 gün istirahət məsələsi üzrə razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru