“Trampın növbəti şousu” - Sky News

15-07-2025, 00:07           
 “Trampın növbəti şousu” - Sky News
ABŞ prezidenti Donald Tramp bu gün Rusiya və Ukraynadakı müharibə ilə bağlı “vacib bəyanat” verəcəyini bildirib.
AzVision.az xəbər verir ki, Amerikanın “Sky News”, bununla belə, ABŞ prezidentinin bəyanatının təfərrüatlarını açıqlamadığına diqqət çəkib.

“Bu, Trampın şousudur. O, sükan arxasındadır və hamının onun qəfil kursunu dəyişdiyini düşünməsini istəyəndə əl əyləcini çəkir”,
Jurnalistlər bildirirlər ki, son həftələr Tramp ilk növbədə Kremlin Ukraynada atəşkəsi dəstəkləməkdən imtina etməsi səbəbindən Vladimir Putinin mövqeyindən getdikcə daha çox məyus olur.

“Axios” portalının məlumatına görə, Tramp Ukraynaya silah tədarükü ilə bağlı yeni sazişi elan etməyi planlaşdırır. NATO-nun baş katibi Mark Rütte və Almaniyanın Müdafiə naziri Boris Pistoriusun Vaşinqtona səfəri fonunda bu bəyanat Kiyevə hərbi dəstəyə aid ola bilər.

Bundan başqa, ABŞ-də Rusiyaya qarşı yeni sanksiyalarla bağlı qanun layihəsi də geniş vüsət alır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru