Putin ata-anasından danışdı

Bu gün, 17:08           
Putin ata-anasından danışdı
"Valideynlərim çox sadə insanlar olublar".

Oxu.Az Gazeta.ru-ya istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu jurnalist Pavel Zarubinə müsahibəsində deyib.

O, ata və anasının doğulub boya-başa çatdıqları yerə həmişə xüsusi və isti münasibət bəslədiklərini söyləyib.

"Atam təkcə Peterburqu deyil, həm də Kalininsk vilayətində böyüdüyü kəndi vətəni hesab edirdi - indi Tver vilayətidir", - deyə dövlət başçısı xatırlayıb.

Onun sözlərinə görə, valideynləri Böyük Vətən Müharibəsi və ölkənin bərpası haqqında çox az danışırdılar.

Ancaq Putinin anası və atası vətənləri və ailələri haqqında danışmağa başlayanda, onlar tez-tez bu barədə "ümumi, vahid bir şey" kimi bəhs edirdilər.

"Mən buna elə belə yanaşmağı öyrənmişəm" , - deyə o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.