İtaliya parlamentində süni intellekt işə başlayıb

14-07-2025, 16:18           
İtaliya parlamentində süni intellekt işə başlayıb
İtaliya rəqəmsal siyasətin yeni dövrünə qədəm qoyur: Deputatlar Palatası ilk dəfə olaraq qanunvericilik fəaliyyətini dəstəkləmək üçün süni intellekt platformalarını rəsmi olaraq tətbiq ediblər.

Rg.ru xəbər verir ki, 2023-cü ildən hazırlanmağa başlanan layihə aktiv sınaq mərhələsinə qədəm qoyur.

Layihə müəllifləri qeyd ediblər ki, bu o demək deyil ki, parlamentarilər bundan sonra çıxışlar hazırlamaq üçün gizli şəkildə "ChatGPT"dən istifadə edəcəklər (məsələn, senator Marko Lombardo 2023-cü ildə ictimaiyyət qarşısında süni intellekt tərəfindən yazılmış nitqi oxumuşdu), bu, generativ vasitələrin parlamentin işinə rəsmi inteqrasiyasıdır. Eyni zamanda, eksperimentin məqsədi insanı əvəz etmək deyil, işin səmərəliliyini və keyfiyyətini artırmaqdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru