Dəmir yolları vağzallarında kassaların fəaliyyəti DAYANDIRILIR

14-07-2025, 16:20           
Dəmir yolları vağzallarında kassaların fəaliyyəti DAYANDIRILIR
Dəmir yollarında rəqəmsallaşmanı genişləndirmək, kağız istifadəsini azaltmaq məqsədilə 15 iyuldan başlayaraq Bakı və Gəncə vağzalları istisna olmaqla rayonlararası istiqamətlər üzrə vağzal və stansiyalarda kassaların fəaliyyəti mərhələli şəkildə dayandırılacaq.

ADY-dən Gununsesi.info-ya verilən məlumata görə, təkmilləşdirilmiş “ADY Mobile” tətbiqi və rəsmi veb-sayt (ticket.ady.az) vasitəsilə daha sürətli və rahat bilet alışı davam edəcək.

Qeyd edək ki, ötən il rayonlararası istiqamətlərə biletlərin 70 faizi onlayn əldə edilib. Bu ilin 6 ayında isə bu rəqəm 80 faizə yaxınlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru