ABŞ-dən Ukraynaya rekord silah tədarükü

14-07-2025, 12:58           
ABŞ-dən Ukraynaya rekord silah tədarükü
Ukraynaya ötürülən silahların həcmi tezliklə rekord həddə çata bilər.

Bu barədə "CBS News" telekanalına müsahibəsində amerikalı senator Lindsi Qrem bildirib.

O, bu silahların Kiyevə özünü müdafiə etməyə kömək edəcəyinə əmin olduğunu vurğulayıb.

Qrem izah edib ki, ABŞ Prezidenti Donald Tramp dövlət başçısına fövqəladə hallarda Konqresin təsdiqi olmadan xarici tərəfdaşa silah tədarük etməyə imkan verən PDA (Presidential Drawdown Authority) mexanizmi çərçivəsində 3.85 milyard dollardan çox vəsaitdən istifadə edə biləcək.

Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin müəlliflərindən biri olan senatorun sözlərinə görə, məhdudiyyətlər ilk növbədə Çin, Hindistan və Braziliyaya tətbiq oluna bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru