İsmayıllının başçısı ÖZBAŞINA QALIB? - Görünəni budur...

30-01-2023, 09:35           
İsmayıllının başçısı ÖZBAŞINA QALIB? -
İsmayıllıda icra başçısı Nahid Bağırovun 3-cü dəfədir fermer Teyyub Abdullayevin 22 ildir buğda əkdiyi və 28 illik icarəsində olduğu əkin sahəsində yaratdığı inanılmaz problemlər və bu dəfə də yaratdığı eyni baş verənləri jurnalist kimi izlədik...

Məhkəməni 3 dəfə fermerə uduzan icra başçısı gərək sakitcə səhvini analiz edə... Daha geniş reportaj sabah təqdim ediləsək... Prezidentin tövsiyyəsi ilə dövlətdən bir manat kömək almadan buğda əkən fermerə 2 ildir mane olan başçıya Allah insaf versin... Amma görünür insaf hələki qeybə çəkilib. Son 2 ildə 6 dəfə müxtəlif yerli sakinlərə məhkəmədə uduzan icra başçısının İsmayıllıda nə etmək istədiyi bəlli deyil. Doğrudanmı Nahid Bağırov həbs edilən icra başçılarının aqibətindən nəticə çıxarmayıb?!

Fermer Teyyub Abdullayev isə 25 illik qanuni icarə sahəsində buğda əkmək istəyir, başçı Nahid Bağırov isə buna hər yolla mane olur. Deməli, o, bu ölkədə buğda əkilməsini istəmir? Niyə istəmir? Çünki həmin ərazini kiməsə satmaq istəyir, behini də alıb... Növbəti reportajda daha ətraflı...

(Davamı var)

"Təzadlar"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.