Salyan regional qaz idarəsinin rəisi Azər Musayev Azəriqaz İB-nin sədrinin göstərişini məhəl qoymur...
31-01-2023, 09:44
"Rəisdən o dünyaya məktublar davam edir. Rəis düşər düşməzi olar ha! Birdən çoxdan o dünyada olan abonent şəxsən özü sizlə görüşmək istədi?" Teref.az yazır ki, bunu sosial fəal "Neftçilərin hüquqlarının müdafiə komitəsi"-nin rəhbəri Mirvari Qəhrəmanlı yazır. Daha sonra Mirvari xanım yazır: "Azəriqaz İB-nin sədri cənab Ruslan Əliyevə. Cənab sədr nəzərinizə çatdırmaq istəyirəm ki, Salyan regional qaz idarəsinin rəisi Azər Musayev Məhkəmə adından çıxan qərardadı, icra məmurunun qərarı, sizə ünvanılan məktubu, Sizin rəsmi göstərişinizə məhəl qoymayaraq,qazın kəsilməsinə dair özü qərardad qəbul edərək 23.01.2023-ci il tarixli 483 nömrəli xəbərdarlıq məktubu ölmüş şəxsə göndərərək üç gün müddətinə 10326.42 manat borcu ödənilməyn təqdirdə Sabirabad rayon Mirhəsən Mirağa oğlu küçəsi ev29a ünvanına qazın verilməsi dayandırılacaqdır. Cənab sədr xahiş edirəm araşdırılsın ki, bu Azər Musayev, Qənimət Səmədov və Fərid Ağayev məndən nə istəyirlər, niyə görə qanunları bilərəkdən pozurlar! İlkin" Teref.az