Bakıdakı tıxacların səbəblərindən biri də UBER taksi şirkətidir... - UBER-in taksi sürücüləri narkotik daşıdığı üçün həbs olunublar...
1-02-2023, 00:15
UBER indi də erməni Tiqranın “Yandex Taksi” şirkəti ilə birləşib Bakıda çalışmaq istəyir... Məlumdur ki, neçə ildir Bakı yollarında dəhşətli tıxaclar yaşanır. Ən dəhşətlisi odur ki, tıxaclar yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, şəhərin istənilən yerində, istənilən an yarana bilər. Dövlət 100 milyonlarla pul ayırdı, yeni körpülər, yeni keçidlər, nə bilim yeni tunellər tikdi. Amma ortada heç bir nəticə yoxdur. Biz hələ nəqliyyatın intellektual idarəedilməsinə ayrılan 100 milyonları demirik. Bu yaxınlarda millət vəkillərindən biri az qala od püskürdü və dedi ki, bəlkə Monqolustandan mütəxəssislər çağıraq bu tıxacları aradan qaldırsın..?
Əlbəttə, millət vəkili ironiya ilə deyirdi, amma dediyində həqiqət payı var idi. Bir məsələni də xüsusi qeyd edək. Deyirlər Bakıda avtomobillər çoxdur. Bir dəfə yazmışıq, bir də təkrar etməyə məcburuq ki, Azərbaycan 1000 nəfərə düşən avtomobillərin sayına görə, nəinki Amerikadan, Almaniyadan, hətta Gürcüstan və Özbəkistandan da geri qalır. Yəni bu bəhanəni tullayın bir kənara.
Bəli, reallıq odur ki, Bakı şəhərində tıxac problemi dəhşətli həddə çatıb. Bunun bir səbəbi yoxdur, bir neçə ciddi səbəbləri var. Onlardan biri də ucuz başa gələn taksi xidmətidir. Belə taksi xidmətini təşkil edənlərdən biri də UBER və YANGO taksi şirkətləridir.
UBER özü haqqında yazır: Şirkətimiz hər zaman müştərilərin və sürücülərin maraqlarını üstün tutaraq dayanıqlı və güvənli xidmət təşkil edir. Mütəmadi tətbiq etdiyimiz motivasiya bonusları və mükafatlar sürücülərin stabil gəlirini və şirkətimizə bağlılıqlarını təmin edir. Amma...
Qısa məlumat üçün qeyd edək ki, Avropa dövlətlərinin çoxunda neçə ildir ki, UBER xidməti qadağan olunub. Biz də isə çiçəklənir. Onu da qeyd edək ki, bu şirkətin yaranmasında bəzi məmurların da rolu var. Ucuz "Toyota Prius" markalı avtomobilləri alıb veriblər UBER şirkətinə pul qazanmaq üçün. Bu avtomobillər Bakı şəhərində təkcə qəzalar törətmirlər, həm də tıxacların yaranmasında böyük rol oynayırlar. Məqaləni yazarkən konkret olaraq UBER taksi sürücüsünün şikayəti ünvanımıza daxil oldu.
Taksu sürücüsü yazır ki, UBER şirkətində 11 gün işləmişəm, indi hazırda kassamda 499 manat 50 qəpik pul var. Müəyyən xərcləri çıxandan sonra qalan pulun 50 faizi mənə çatmalıdır, amma şirkət pulumu vermir. Yalandan bizə deyirdilər ki, qazandığınız puldan əlavə bonus da verəcəyik. Bonusları başlarına dəysin mənim halal pulumu versinlər. UBER-in başqa bir sürücüsü yazır: İki ay «Uber»lə işləmişəm və öz təəssüratlarımı paylaşıram ki, başqaları səhv etməsinlər. Bunu deməliyəm ki «Uber»də pul çox az verilir, şərtlər, tələblər isə çox ağırdır. Bir qoşulan sevinir, bir də şirkətdən çıxan. Bu hələ harasıdır..?
UBER-də çalışan bəzi taksi sürücüləri nakotik alveri ilə məşğuldur. Belə ki, UBER-in bəzi sürücüləri hər kəsdə taksi sürücüsü təəssüratı yaradır. Müştərilərdən gələn sifarişləri qəbul edir və onları deyilən ünvana aparır. Bununla da izini itirməyə və məqsədini gizlətməyə çalışır. Əsas niyyəti isə paytaxt ərazisində narkotik vasitlərin satışını həyata keçirməkdir.
Bir müddət əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən əvvəllər məhkum olunmuş “Uber” taksi şirkətinin sürücüləri həbs edildi. Biz yazının girişində əbəs yerə yazmadıq ki, bir çox Avropa ölkələrində UBER-in fəaliyyəti məhkəmə yolu ilə qadağan olunub.
Son vaxtlar isə görün nələr baş verir..? UBER şirkəti tələm-tələsik "Yandex Taksi” şirkəti ilə birləşib birgə fəaliyyət göstərməyə çalışır. “Yandex Taksi” şirkətinin təsisçisi və baş direktoru qatı millətçi erməni Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə "Yandex” şirkətində layihə meneceri kimi işə başlayıb. 2010-ci ildən isə "Yandex Taksi”yə rəhbərlik edir. Tiqran Xudaverdiyanın təsisçisi olduğu "Yandex Taksi” xidməti hazırda 6 ölkədə - Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Gürcüstan və Ermənistanda fəaliyyət göstərir. Biz düşünürük ki, Azərbaycan dövləti Tiqran kimilərin gəlib Bakıda milyonlar qazanmasına imkan verməz. Və ümid edirik ki, UBER taksi şirkətinin fəaliyyəti yaxın zamanda dayanacaq. gundelik baki.com/