Kənd Təsərrüfatı Nazirliyində 16 milyardlıq büdcə talanı - Fermanın adı var, ancaq kağızda...

1-02-2023, 08:27           
Kənd Təsərrüfatı Nazirliyində 16 milyardlıq büdcə talanı - Fermanın adı var, ancaq kağızda...
"Hər kəs Tarif Şurasından yazsın görün mən nədən yazıram. Gördüyünüz bu ferma Şamaxı rayonunun girişində tikilir. Tikintisi bilindiyi kimi artıq neçə ildir ki, davam edir. Ferma Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansındadır və nazirliyin sifarişi əsasında tikilir. Buraya qədər hər şey normaldır."
Teref.az yazır ki, bunu Dünya Media-nın təsisçisi və baş redaktoru Vüsal Əliyev yazır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan bu fermadan yazan baş redaktor ilginc faktlar acıqlayaraq yazır:
"Keçək əsas məsələyə: Ferma artıq üç ilə yaxındır ki, kağız üzərində fəaliyyət göstərir. 11 min iribuynuzlu heyvanın saxlanıldığı bu fermaya nə az nə çox büdcədən 16 000 000 000 pul xərclənib. (oxuya bilməyənlər üçün yazıram 16 MİLYARD MANAT)(? Teref.az) Hazırda burada 800 nəfər işləyir və hər ay maaş da alır. Fermada kağız üzərində o qəddddər şey var ki, birini elə mən deyim. Fermaya 2100 sağım aparatı alınıb biri 5000 manatdan. Cəmi 10 milyon 5 yüz min manat. Amma yoxdur. Bu fermanın süd məhsullarını marketlərdən alıb dadına baxa bilməzsiniz. Çünki o da yoxdur.
Fermaya hər il min tonlarla yem alınır. Amma o da kağız üzərində.
Siz də düşmüsüz ki, 10 qəpik belə getdi, Tarif Şurası elə gəldi. Di gedin rahat yatın."
Teref.az olaraq baş redaktorun acıqladığı bu büdcə talanı iddiası ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.