Səfər Mehdiyevin həbsinə TƏDARÜK GEDİR - elə şeylərin ÜSTÜ AÇILIB Kİ...
1-02-2023, 10:39
Hələ keçən günlərdə informasiya verərək bildirmişdik ki, Dövlət Gömrük Komitəsinin sədrliyindən uzaqlaşdırılan Səfər Mehdiyevin başı cəncəldədir və onun etdiklərinin qarşılığı olaraq vəzifəsindən azad edilməsi YEGANƏ CƏZA OLMAYACAQ. Bununla bağlı DİA.AZ olaraq mötəbər mənbələrə istinadən oxucularımı məlumatlandırmışdıq.
Dünən isə yerli KİV-də ilginc bir xəbər paylaşıldı. Verilən informasiyaya görə, Səfər Mehdiyev bu günlərdə tabeçiliyində çalışmış şəxslərin cinayət işinin istintaqı çərçivəsində növbəti dəfə istintaqa çağrılıb.
DİA.AZ yayılan xəbərlərə istinadən bildirir ki, sabiq komitə sədri istintaqçıların suallarını cavablandırmaqla bərabər həbsdə olan baş idarə rəisləri ilə üzləşdirilib.
Məlumatda o da bildirilir ki, Səfər Mehdiyev bu dəfəki istintaqa vəkili ilə gedib.
Bununla bağlı özəl olaraq DİA.AZ-a danışan mənbənin iddialarına görə, Səfər Mehdiyevin istintaqa hansısa formada cəlb olunması və onun bu zaman tədbirli davranaraq vəkili tutması, onunla birgə hərəkət etməsi əslində gözlənilən təhlükədən xəbər verməkdədir:
"Təbii ki, bu təhlükə sırf olaraq Səfər Mehdiyevə aiddir. Onun həbsinə tədarük gedir və bu barədə yaxınbn vaxtlarda qərarverilə bilər. Çünki istintaq zamanı çox ciddi faktlar ifşa olunub. Hansı ki bu faktlardan "yuxarılar" tam məlumatsız olublar".
Əlavə bilgilərimiz olacaq. bizi izləməkdə davam edin...