Naxçıvan ƏL DƏYİŞDİRİR... - Yeni milyonluq şirkətlər yaradılır

4-03-2023, 10:26           
Naxçıvan ƏL DƏYİŞDİRİR... - Yeni milyonluq şirkətlər yaradılır
12 yanvar 2023-cü il tarixində Dövlət Vergi Xidməti (DVX) "Gəmiqaya Avtonəqliyyat" MMC-ni (VÖEN: 201378861 )dövlət qeydiyyatına alıb.

DVX bu barədə məlumatı 02 mart 2023-cü il tarixində açıqlayıb.

Şirkətin nizamnamə kapitalı 8 249 982 manatdır, qanuni təmsilçisi Məmmədov Vüsar Məmməd oğludur. Hüquqi ünvanı Az7000, Naxçivan Şəhəri, Cəlil Məmmədquluzadə, Ev 34/2-də yerləşir.

DİA.AZ bildirir ki, bunadn əlavə, 16 yanvar 2023-cü il tarixində Dövlət Vergi Xidməti “Nusrat-H” MMC-ni də dövlət qeydiyyatına alıb.

“Nusrat-H” MMC-nin nizamnamə kapitalı 500 000 manatdır və qanuni təmsilçisi Məmmədov Zamin İsrayıl oğludur.

Şirkətin hüquqi ünvanı Az7000 Naxçıvan şəhəri, H.Əliyev ev37/3 ünvanıdır.

Daha bir şirkət barəsində də məlumatlar açıqlanır ki, o da Naxçıvan qeydiyyatındadır...

DİA.AZ bildirir ki, Dövlət Vergi Xidməti “Naxproperty-S” MMC-ni (VÖEN: 201381651) dövlət qeydiyyatına alıb.

“Naxproperty-S” MMC-nin nizamnamə kapitalı 4 232 400 manatdır və qanuni təmsilçisi Yusifov Arif Yusif oğludur.

Yeni şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Atatürk ev 9 ünvanıdır.

Şirkət 17 yanvar 2023 tarixində qeydiyyata alınıb.

Görünəni odur ki, Naxçıvan RƏSMƏN ƏL DƏYİŞDİRİR... Dünənə qədər əgər MR-də şirkətlər əsasən və həm də qeyd-şərtsiz keçmiş Ali Məclis sədri Vasif Talıbova və onun yaxınlarına aid idisə, bundan sonra yeni qüvvələrə aid olacaq və bu proses sürətlə həyata keçirilir. Aydın olanı odur ki, həm də iri sərmayələr hesabına...

Nə deyirik... BAZAR OLSUN...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.