Babək rayonunun Şıxmahmud kəndinin mal tövləsinə bənzəyən uşaq bağçası- VİDEO

6-03-2023, 00:02           
Babək rayonunun Şıxmahmud kəndinin mal tövləsinə bənzəyən uşaq bağçası- VİDEO
Hər gün Naxçıvandan gələn şikayətlərin sayı artır.
Bu gün mənə Naxçıvandan iki şikayət olub. Telefonuma zəng edən Naxçıvan sakinlərindən biri mağazasının qarşısına gül qoyub satdığı üçün təzyiqə məruz qaldığını bildirib. İddiaya görə, Naxçıvan Şəhər İcra Hakimiyyətinin arxasındakı yolda yerləşən dükanlara gələn polis əməkdaşları satıcılara gülləri dərhal yığışdırmağı tələb edib. Bununla da kifayətlənməyib gülləri tapdaq altına salıb əziblər.
Naxçıvan məmurları və hüquq mühafizə orqanlarının işçiləri yaddan çıxarmamalıdırlar ki, onlar dövlət büdcəsindən maaş alırlar. Dövlət büdcəsi isə min bir əzab-əziyyətlə pul qazanan özəl sektorun, o cümlədən dükançıların alın təri hesabına toplanır. Hər bir büdcə təşkilatının çalışanları bu əməkçilərin qədrini bilməli, onların daha artıq pul qazanmağına şərait yaratmalıdır. Onlar nə qədər çox qazansalar, büdcəmiz bir o qədər çox dolacaq və bu da məmurların həyat şəraitinin yaxşılaşmasına zəmin yaradacaq.
Digər bir şikayət Babək rayonun Şıxmahmud kəndindən daxil olub. Redaksiyamıza müraciət edən sakinlər kəndlərindəki uşaq bağçasının vəziyyətindən gileyləniblər. Ölkə başçısına ünvanlanan video-müraciətdə şəhid Qubuşov Ramil Əziz oğlu adını daşıyan uşaq bağçasının dözülməz şəriatindən danışan kənd sakinləri həmin məktəbəqədər müəssisənin yenidən bərpa olunmasını xahiş ediblər.
Sakinlərlə apardığım telefon danışığından belə anlaşıldı ki, sözügedən uşaq bağçası 1990-cı ildə inşa olunub. Geniş sahəsi, bir çox binası var imiş. Binalardan bəziləri Bakı “kupik”i ilə tikildiyindən onlara Naxçıvan “leşyeyən”ləri tamah salıb. Ardınca da uşaq bağçası bağlanıb və həmin binalar sökülüb, inşaat məlzəmələri kimlərinsə təsərrüfatına daşınıb. Yerində isə suyu sovrulmuş dəyirmana bənzəyən bir bina qalıb. Hansı ki, həmin bina Naxçıvan “kubiki” ilə inşa olunubmuş.
Heyder Oguz
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.