“Giyaslı Group” gecə Bakının mərkəzində ağacları kəsib, bina tikir (FOTOFAKT)

6-03-2023, 08:33           
“Giyaslı Group” gecə Bakının mərkəzində ağacları kəsib, bina tikir (FOTOFAKT)
Neftçilər metrosu yaxınlığında, 61 saylı məktəbin yanında köhnə yaşayış binasını söküb yerində yenidən bina tikmək istəyirlər. Ancaq, inşaat ərazisində çoxlu ağaclar var. Ağacların bəziləri artıq kəsilib, yerdə qalanların taleyi nə olacaq, qeyri-müəyyəndir.

AzToday.az xəbər verir ki, bu barədə “Ecofront” məlumat yayıb.

Məlumatda deyilir ki, artıq onlarla ağac artıq kəsilib: “Hələ də sökülən binanın ətrafında onlarla ağac var.
Ərazidə olarkən tikinti şirkətinin rəhbər şəxsləri ilə görüşdük. Söhbətin əvvəlində heç bir ağac kəsmədiklərini bildirsələr də sonradan əsaslı arqumentlərimizə tap gətirə bilmədilər. Sonda gəlin “razılaşaq” söhbətinə keçdilər. Buda o deməkdir ki, həmin ağaclar qeyri-qanuni kəsilib”.

Bakının mərkəzində agacları kəsən şirkətlə bağlı açıq mənbələrdəhər hansı bir məlumata rast gəlinmir. Reyestr sənədlərindən məlum olur ki, “GİYASLI GROUP” MMC 2017-ci ilin oktyabrın 26-də qeydiyyatdan keçib. 2020-ci ilin yanvarın 22-də isə reyestr sənədlərinə dəyişiklik olunub. 10 manat nizamnamə kapitalına malik şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Etibar Qocayev, ev 26-dır. Şirkətin qanuni təmsilçisi isə Hacıbala Soltan oğlu Abasovdur.

Sözugedən ünvanda daha bir şirkət 7 Oktyabr 2022-ci ildə qeydiyyatdan keçib. q0 manat ilkin kapitala malik “SMART HOME CONSTRUCTİON” MMC-nin qanuni təmsilçisi Qiyaslı Tural Fərhad oğludur.

Bakının mərkəzində agacları kəsən şirkətlə bağlı indiyə kimi hər hansı bir tədbir görülməyib.

Ərazidə çəkilən görüntüləri təqdim edirik:






















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.