Balakənin icra başçısı əhalini hökumətə qarşı qaldırır - Tanınmış vəkildən CƏZA TƏLƏBİ
6-03-2023, 11:48
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonda sosial narazılıq yaradan qərar qəbul edib.
Balakənin icra başçısı əhalini hökumətə qarşı qaldırır
TEREF.AZ-ın məlumatına görə, Gununsesi.info-ya bu barədə danışan vəkil Aqil Layic deyib ki, icra başçısı insanları qeyri-prosessual münasibətlərə cəlb etmək üçün camaatın həyətyanı sahəsində tikdiyi və xüsusilə də yayın istisində həyatlarının çox hissəsini keçirdiyi çardaqları sökmək istəyir.
Balakənin icra başçısı əhalini hökumətə qarşı qaldırır
Vəkil bildirib ki, onu bu barədə göstərişinə əhali etiraz edir: “Gah kanalizasiya xəttini bəhanə edir, gah da ölkə başçısının göstərişi olduğunu deyir. Bu adam çoxdan həbs olunmalı adamdır. Bir çox boş torpaq sahələri onun tərəfindən zəbt edilir. İnsanları canından bezdirərək üsyana sürükləyir. Bu adam barəsində ölçü götürülmür?! Adama sual verirəm, sən çardaq sökənsən? Sənə məhkəmə aktı olmadan bu səlahiyyəti kim verir? Sənin Əsasnaməndə belə bir səlahiyyət varmı?” Aqil Layic sonda əlavə edib ki, aiddiyyatı qurumlar gözdən uzaq bu rayonun icra başçısı haqqında ölçü götürməlidir. Gununsesi.info-nun adıçəkilən icra başçısından münasibət öyrənmək cəhdləri baş tutmayıb.