Naxçıvan Beynəlxalq Hava Limanından şikayuət: " Rüşvət alıb, təhqir edirlər!"

9-05-2023, 08:22           
Naxçıvan Beynəlxalq Hava Limanından şikayuət:
Bir qrup sərnişin Naxçıvan Beynəlxalq Hava Limanındakı kobud rəftar və özbaşınalıqdan şikayət edir. Şikayətçilər bildirir ki, normadan artıq baqajın hər kilosu üçün onlardan 4-5 dəfə artıq pul alınır, buna etiraz edənlər təhqir olunur, polslə hədələnir. Bundan əlavə, artıq yüklər baqajı olmayan sərnişinlərin adına rəsmiləşdirilir və bu yolla yerdə qalan vəsait də mənimsənilir.
TEREF.AZ yazır ki, hazırda Rusiyada yaşayan Gülnar Kərimova “Gündəlik Naxçıvan“a deyir ki, Moskvaya uçarkən, Naxçıvan Hava Limanında ondan 6 qat artıq pul alınıb:
”Bilet aldığım “Utair” şirkəti normadan artıq hər kilo yükün daşınması üçün 1 ABŞ dolları müəyyənləşdirib. Mənim 30 kilo artıq yüküm var idi. Aeroportda dedilər ki, hər kilo üçün 6 dollardan ödəməlisən. Yəni, altı dəfə artıq. Etiraz etdim, səs-küy saldım, qəbz tələb etdim, növbə rəisi gəldi. Rəis dedi ki, yuxarının tapşırığıdır, qəbz vermirik, ya 180 dollar ödəməlisən, ya da yükün geri qayıdacaq. Məcbur qaldım, içim yana-yana verdim pulu. 30 kilo yükə görə 150 dollar artıq aldılar, həm də qəbzsiz. Sonradan öyrəndim ki, mənim ykümü baqajı olmayan başqa sərnişinin adına rəsmiləşdiriblər ki, qanuni 30 dolları da mənimsəsinlər”.
Bu yaxınlarda Naxçıvandan Bakıya uçan Nəbi Xudiyev də 20 kilo artıq çəkiyə görə ödədiyi vəsaitin qəbzini ala bilmədiyini, təhqir olunduğunu, etiraz etdikdə isə, polslə hədələndiyini deyir. :
“20 kilo artıq çəkiyə görə 15 manat artıq pul istədilər. Qəbz tələb etsəm də,vermədilər. Dedilər ki, burada qəbz verilmir. Mən isə qəbzi almaq üçün israr etsim. Buna görə aramızda mübahisə yarandı, əməkdaşlar məni təhqir etdilər. Sonra asayişi pozursan deyib, pols çağırdılar. Baxdım olmayacaq, 15 manatlarını verib, baqajımı keçirdim. Bu, birinci dəfə deyil. Sərnişinlərlə həmişə belə davranılır. Bu işlərin başında hava limanının direktoru Mənsur Gülməmmədli dayanır. O da Ali Məclislə əlaqələdir. Qanunsuz topladığı pulu yuxarılarla bölür deyə, ona söz deyən yoxdur”.
Məsələyə münasibət öyrənmək üçün əlaqə saxladığımız Naxçıvan Beynəlxalq Hava Limanından sərnişinlərin ittihamlarını rədd etdilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.