“SHƏMSADDİN” MMC- dövlətin qanunlarını vecinə almır - Nərimanov rayon İcra Şöbəsi içraçıları nəyin müqabilində buna göz yumurlar?
10-05-2023, 09:07
Teref.az olaraq poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik. Şikayətçilər yazırlar:
İş üzrə zərərkəçmişlər: Şəmkir rayonun Sabirabad kəndində yaşayan Eyyubova Elsarə Elman qızı, Zəngilan rayonunda qeydiyyatda olan İbrahimova Çinarə İsrafil qızı və Bakı şəhəri, Nərimanv rayonu, Həsən Əliyev küçəsi 7- C “Premier Palace Baku, 4-cü mərtəbə qeydiyyatda olan, Elsarə və Çinarənin etibarnamə üzrə nümayəndəsi və zərəçəkmiş Xudiyeva Nurlanə Əli qızı tərəfindən
“İşçisi olduğumuz “Shamsaddin” MMC-nin direktoru və təsisçisi Əliyev Rüfət Əliövsət oğlunun Nərimanov rayon İcra Şöbəsi içraçılarıilə rüşvət müqabilində gizli sövdələşməsi nəticəsində bizlərə olan əməkhaqqları borclarının ödənilməsi barədə Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-5013/2021 saylı, 21.12.2021 tarixli və 2(005)-5006/2021 saylı, 11.11.2021-ci il tarixli qüvvəyə minmiş qətnamələrin qəsdən icra edilməməsindən”
Ş İ K A Y Ə T
Çoxhörmətli cənab Prezident İlham Əliyev!
Sizin məhkəmə islahatları barədə qəbul etdiyiniz proqramlar uğurla icra olunur və nəticələr göz önündədir. Görülən işlər Azərbaycanda insan hüquq və azadlıqları üçün göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Və çox təəssüflə bildirməliyəm ki, Azərbaycan Respublikasının adından verilən qətnamələrin şəxsi maddi maraqlarının təmin edilməsi nəticəsində aparılan uğurlu məhkəmə islahatlarına kölgə salmaq istəyənlər vardır. Belələrindən ən təhlükəliləri Bakı şəhəri, Nərimanov İcra Şöbəsinin icra məmurlarıdır. Budur, biz üç nəfər qadın 2019-cu ilin noyabrından “Shamsaddin” MMC-nin direktoru və təsisçisi Əliyev Rüfət Əliövsət oğlunun işçiləri olmuşuq və 2021-ci ilin sonuna qədər Rusiyadan gətirilən kosmetik məhsulların Bakının müxtəlif ünvanlarında yerləşən gözəllik salonlarına satmaqla məşğul olmuşuq. Bağladığımız əmək müqaviləsinə əsasən aylıq 500 manat və satılan məhsulun faizinə görə işləyirdik. Lakin əmək haqqı Rüfət tərəfindən müxtəlif bəhanələrlə aylarla verilmirdi. Biz, ondan 1 il yarımdan sonra Dövlət Əmək Müfəttişinə şikayətlər etdik. Çünki, bizə pul yoxdur desə də, tez tez ailəsilə Türkiyəyə istirahətlərə gedir, gen bol pul xərcləyirdi. Bakıda, Gənclik parkı yanında, Elmlər Akademiyası metrostansiyası yaxınlığında şəxsi mənzilləri vardı və hazırda yaşadığı Nərimanov rayonu, Təbriz küçəsi, ev 64, mən.2-də yaşayırdı. Əvvəllər Naxçivandan olduğuna görə Dövlət Gömrük Komitəsində inspektor vəzifəsində işləmişdir. Atası Əlövsət də DGK-də sürücü işləyir.
ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyinə İlk şikayətimizdən sonra Rüfət Əliyev bizim hər üçümüzə hədə-qorxu gəldi ki, bir də şikayət etsəniz başınıza oyunlar açaram, pulunuzu da verməyəcəyəm. Biz də yenidən bu adamın təhlükəli olması barədə Bakı Baş Polis İdarəsinə şikayət etdik. Tez bir zamanda onu idarəyə dəvət edib bizim təhlükəsizliyimizlə bağlı izahat yazıb buraxdılar. Biz Nərimanov rayon məhkəməsinə əmək haqqının, məzuniyyət pulunun və digər xərclərin ödənilməsi barədə ərizə verdik. Bu adam məhkəməni saymadı və gəlmədi. Məhkəmənin 2021-ci ildə qəbul etdiyi qətnamələrdən sonra Nərimanov rayon İcra Şöbəsinə icra sənədləri göndərildi. Lakin Nərimanov rayon İcra Şöbəsi nə bizim , nə də Nərimanov rayon Məhkəməsinin inzibati Xətalar Məcəlləsinin müvafiq maddəsini pozduğuna görə qəbul etdiyi 3( 005)-438/2022 saylı, 24.02.2022-ci il tarixli qətnaməsini icra etmədi. Bunun səbəbi sonradan bizlərə aydın oldu. Məhkəmə qətnaməsi icra məmuru Zamiq Kərimovun icraatında idi. Z.Kərimov da Rüfət Əliyevlə əvvəlcədən dost münasibətləri varmış. Və həmişə də artistlik edib Rüfəti müdafiə edirdi. Belə ki, Z.Kərimov əvvəl probasiya üzrə icra məmuru olduğu zaman bir neçə il əvvəl Rüfət Əliyevə ölümlə nəticələnən ağır avtoqəzaya görə verilən 3 il şərti cəzanın çəkilməsinə nəzarət edirmiş. Xatırlatmaq yerinə düşərdi ki, Rüfət Əliyev DGK-də əvvəl işlədiyi inspektor iş yoldaşı ilə öz avtomobili ilə yeyib içməkdən qayıdan zaman ağır yol qəzası törətmişdir. Nəticədə ailənin bir övladı olan iş yoldaşı və gömrük inspektoru hadisə yerində həlak olmuşdur. Araşdırma zamanı o da məlum olmuşdur ki, R.Əliyev əvvəllər də törətdiyi çoxsaylı avtomobil qəzalarına görə sonda onu 5 il müddətinə sürücülük hüququndan məhrum etmişlər. Buna baxmayaraq o arxalandığı qoca nənəsinə güvənərək avtomobili sürücülük hüquq olmadığı halda idarə etmiş və sonda ölümlə nəticələnən qəza törətmişdir. Lakin bütün bunlara baxmayaraq o 3 il şərti cəza almaqla canını vicdansız hakim və müstəntiqin köməyilə qurtara bilmişdir. Özünün dediyinə görə bu işə görə 60000 manat ziyana düşmüşdür. Və məhkum R.Əliyevin 3 il şərti cəzasına nəzarət də bu gün yenidən bizim icra sənədimizi icra edən Zamiq Kazımova tapşırılmışdır. Və təbii ki, Z.Kazımov Azərbaycan Respublikasının adından elan edilmiş məhkəmə qətnaməsindən yayınmaq üçün dostu Rüfət Əliyevə bəzi “MƏSLƏHƏTLƏR” verərək onu icradan yayındıra bilmişdir. Belə ki, R.Əliyev həmişə yaşadığı Təbriz küçəsi, ev 64, mən 2-dəki mənzilində guya yaşamırmış kimi sənədləşdirilərək. İcra qərarı ilə keçən ili onu Nərimanov polisinin daxili axtarışına vermişlər. Digər gizli sövdələşməyə əsasən R.Əliyevə məsləhət bilnmişdir ki, təcili olaraq direktoru və təsisçisi olduğu “ Shamsaddin” MMC-ni bağlasın və işini yeni açdığı digər MMC ilə davam etdirsin. O dərəcədə intellekt sahib olmayan R.Əliyev də icraçı dostu Z.Kərimovun məsləhətinə əməl edir. Və hazırda bizim vaxtilə əlaqə saxladığımız gözəllik salonlarına baxış keçirdikdə məlum olur ki, R.Əliyev yenə onları Rusiyadan gətizdirdiyi kosmetik preparatlarla başqa MMC adı altında təchiz etməkdə davam edir.
Budur, biz dəfələrlə, Nərimanov icra şöbəsinə ayaq döyərək 2021-ci ildə qəbul edilmiş qətnamənin icrasını tələb edirik. Cavabları da bu olur ki, bəs R.Əliyev hüquqi şəxs olan “Şəmsəddin “ MMC-ni bağlayıb. Ona görə də bağlanmış hüquqi şəxsə qarşı biz heçnə edə bilmərik. Məsələ barəsində biz icraçı Z.Kazımovdan şikayət etdik. Dərhal onu Azər Əliyev adlı icra məmuru ilə, yəni, Zamiq Kazımovun dostu ilə əvəzlədilər. Elə Azər də indiyədək bizi Zamiqin sözü ilə süründürməkdə davam edir. “Biz Rüfətə qarşı heçnə edə bilmərik. Onun MMC-si bağlanıb. Ona görə də bu hüquqi şəxsdən sizlərin əmək haqlarını ala bilmərik. Və s. boş boş söz yığınları. Tələb edirik ki, o zaman borclar ödənilmədiyi halda Rüfət barəsində CM-nin 306-cı maddəsini tətbiq edin. İcraçılar cavab verirlər ki, biz kimik ki, adamı həbs edək. Bizim belə səlahiyyətimiz yoxdur. Başa salmağa çalışırıq ki, siz yerli məhkəməyə təqdimat yazın. Sonrasını hakim bilər nə hökm çıxarar. Yenə də Rüfət Əliyevin icraçı dostları axşamlar restoranda görüşüb yeyib içir, gündüzlər isə bizim başımızı qatmaqla məşğul olurlar. Nəticəyə gəlirik ki, Nərimanov İcra şöbəsində baş verən və verməkdə davam edən bu yaramazlıqları nəhayət dayandırmaq lazımdır.
Xüsusi araşdırmamız zamanı o da bizə məlum oldu ki, VÖEN-i 1504870661 olan “SHAMSADDİN” MMC 2020-ci ilin aprel ayından etibarən COVİD -19 pandemiyası dövrü ərzində zərəçəkdiyinə görə biz işçilərinin adına hər ay dövlətdən maliyyə dəstəyi olaraq 500 manat alıb mənimsəmişdir. Bizlərə isə 1 qəpik də verməmişdir.
O da məlum oldu ki, “SHƏMSADDİN” MMC-nin hazırda dövlətə 8812 manat borcu qalmışdır. Və Rüfət tərəfindən qəsdən ödənilmir. Və ödəmək fikri də yoxdur. Yəni bu adam həm bizə, həm də dövlətə meydan oxumaqdadır.
Eyni zamanda R.Əliyev Əmək Müfəttişliyinin protokolu əsaında İXM-nin 430.4 maddəsi üzrə təqsirli bilinərək 1500 manat cərimə edilsə də, bu barədə Nərimanov Rayon Məhkəməsinin məlum 24.02.2022-ci il tarixli qətnaməsi olsa da, bu adam nə dövlətə olan, nə də bizə olan borcunu Nərimanov İcra Şöbəsindəki vicdansız icra məmurları olan dostlarına güvənərək ödəmək istəmir.
Cənab Prezident Sizə şəxsən müraciət edirik ki, bizə qarşı dələduzluq etmiş Rüfət Əlövsət oğlu Əliyevin son illərdə törətdiyi qanunazidd hərəkətlərin ( sürücülük hüququ olmadığı halda sərxoş vəziyyətdə ağır avtoqəza keçirməsi və 1 nəfər ailənin yeganə övladının ölməsilə nəticələnən cinayətə görə pul müqabilində azadlıqda qalması,) yenidən ciddi surətdə araşdırılmasına və eləcə də Azərbaycan dövlətinin adından 2021-ci ildə qəbul edilmiş məhkəmə qətnamələrinin Nərimanov İcra Şöbəsinin məsuliyyətsiz icra məmurlarının qəsdən icra etməməsilə bağlı korrupsiya əməllərinə hüquqi qiymətin verilməsi üçün şəxsi nəzarətiniz altında Ədliyyə Nazirliyinə araşdırlmasına göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə, iş üzrə zərəçəkmişlər - E.E.Eyyubovanın və Ç.İ.İbrahimovanın etibarnamə üzrə nümayəndəsi və zərəçəkmiş Nurlanə Xudiyeva
Qoşmalar: Məhkəmə və icra sənədləri 15 vərəqdə.