Zəfər Qurbanov ADAU-ya aid traktorları NECƏ YOXA ÇIXARIB... - İLGİNC
10-05-2023, 11:38
Azərbaycan Dövlət Aqrar Universitetində cərəyan edən qanun pozuntuları ilə bağlı DİA.AZ-a yeni məlumatlar göndərilib. Məqalədə deyilirdi: "Universitetdə fermaların və heyvanların sataraq ləğv etməyin ixtisaslı tələbənin yetişməsində maneə yaradacaq dedikdə Zəfər Qurbanov universitetin maddi imkanı fermada iri buynuzlu və xırda buynuzlu heyvanların saxlamasına imkanı yoxdur ona görə də heyvanların hamısın sataraq ferma təsərrüfatını Zəfər Qurbanov dayandırdı..."
Məqalənin əvvəli burada: ADAU ilə bağlı yeni iddialar... - Prezident bu ali təhsil ocağına NİYƏ BAŞ ÇƏKMİR?
Məqalənin davamında bildirilir: "Ay aqrar sahədən və idarəçilikdən bixəbər Zəfər Qurbanov, bəs sən rektor əvəzi təyin olunmamışdan əvvəl sabiq rektor İbrahim Cəfərov bu fermalrı necə saxlayırdı, iri buynuzlu və xırda buynuzlu heyvanların yemlərini necə alırdı?
İbrahim Cəfərov heyvandarlıqdan da əlavə quşçuluğun inkişafı və tələbələrin ixtisası üzrə öyrənməsi üçün əlindən gələni edirdi. Baytarlıqda oxuyan tələbələri dərsdən sonra aylıq əməkhaqqı verərək həm işlədirdi, həm də pul qazandırırdı. Sabiq rektor İbrahim Cəfərovun dönəmində həm işçilərin sayı çox idi, həm də tədris olunan fənlər üzrə təsərrüfat sahələri çox idi.
İbrahim Cəfərovun dövründə alınan texnika... İNDİ YOXDUR!
Zəfər Qurbanov, aqrar təhsil ocağı nə neft çıxan quyu deyil, nə də qurğu. Burada aqronom-tələbə torpaqla, bitkiylə, baytar-tələbə heyvanlarla, mühəndislər isə aqrar texnikalarla məşğul olmalıdır ki ixtisaslı tələbə olsunlar. Kənd təsərrüfatına aid texnikalardan hasnı respublikaya gələrsə onun bir nümunəsi aqrar təhsil ocağına göndərilib. Amma indi universitetin balasına verilən 3 traktoru Zəfər Qurbanov necə yoxa çıxarıbsa, traktorların yerin bilən də yoxdur. Adını da qoydular ki, bəs büdcədən vəsait gedir saxlanmasına... satın getsin".
Davamı mütləq olacaq...
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...