Gömrük Hospitalında “test alveri” davam edir

12-05-2023, 09:08           
Gömrük Hospitalında “test alveri” davam edir
Bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında fövqəladə vəziyyətin bitdiyini açıqlayıb.

Amma buna baxmayaraq, Azərbaycanda müayinə üçün xəstəxanalara müraciət edən xəstələrdən koronavirus infeksiyasına qarşı testin verilməsi tələb olunur.

Mərkəzi Gömrük Hospitalına müraciət edən ürək xəstəsi "Qaynarinfo"ya açıqlamasında bildirib ki, ondan xəstəxanada məcburi qaydada COVID testindən keçirilməsi tələb olunub:

"Ürəyimdə problem var, bu məqsədlə xəstəxanaya müraciət etdim. Orada məndən analiz nümunələri götürülərkən koronavirus infeksiyasına qarşı testdən keçməyimi tələb etdilər. Dedim ki, bütün dünyada pandemiya bitib, koronavirus testi kimə və nəyə lazımdır? Onlar yenə də bu testdən keçməyimi istədilər. Mən də məcbur olub koronavirus testi verdim və buna görə xəstəxananın hesabına 30 manat pul köçürdüm. Ürəyimin koronavirusla nə əlaqəsi var? Testi verəndə həmin otağın qarşısında 30-dan çox xəstə növbəyə dayanmışdı, hamısı da deyinirdi və bu testdən keçmək istəmədiklərini bildirirdilər”.

Məsələ ilə bağlı Mərkəzi Gömrük Hospitalı ilə əlaqə saxladıq. Oradan Qaynarinfo-ya bu gün xəstələrdən koronavirus testinin götürüldüyü bildirilib:

"Portala qeydiyyata düşmək üçün götürülən yaxma nümunəsinin testi 65, ekspers analiz isə 37 manatdır. Ekspress testi portala düşmür, COVID olub-olmadığını göstərir. Müayinəyə gələn xəstələrdən test tələb olunmur, xəstə özü istəyirsə, bu analizdən keçə bilər”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qaynarinfo-ya bildirllib ki, Mərkəzi Gömrük Hospitalı bu quruma tabe deyil.

Qlobal.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.